Yuxarı

Masallıda yaşayış evində partlayış: ölən var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Masallıda yaşayış evində partlayış: ölən var

Masallıda fərdi yaşayış evində partlayış baş verib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bu dəfə hadisə rayonun Şərəfə kənd sakini, 76 yaşlı Naib Məhəmməd oğlu Hümbətova məxsus ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb.

Partlayışdan sonra baş verən yanğın barədə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinə xəbər verilib, hadisə yerinə dərhal iki yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub. Yanğınsöndürənlərin səylərinə baxmayaraq, ümumi sahəsi 150 kv.m olan 5 otaqlı evin 75 kv.m ərazisi içindəki əşyalarla birgə yanıb.

Ev sahibi Naib Hümbətov yanğın zamanı evdə olub. Yaxınlarının sözlərinə görə, N.Hümbətovun gözləri görmədiyindən o, özünü xilas edə bilməyib.

Hadisə şahidləri yanğının maye qaz balonunun sızması səbəbindən baş verdiyini ehtimal edirlər. Yanğının dəqiq səbəbləri isə aidiyyatı qurumlar tərəfindən aparılan ekspertizanın rəyindən sonra məlum olacaq.

Tarix
2014.03.01 / 18:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla