Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 İyul 2019


Balakəndə yol terroru: 3 ölü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 28-də Balakən rayonunda baş vermiş iki yol qəzasında ölənlərin sayı üç nəfərə çatıb.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, fevral ayının 28-də rayonun Tülü və Talalar kəndləri ərazisində baş vermiş yol qəzaları nəticəsində 5 nəfər - Balakən rayon Qullar kənd sakini, 1988-ci il təvəllüdlü Qarayev Rəşid Məhəmməd oğlu, Balakən rayonu Hənifə kənd sakini, 1996-cı il təvəllüdlü Xəlilov Ənvər Akif oğlu, Balakən rayonunun Talalar kənd sakini, 1963-cü il təvəllüdlü İmamov Sabruddin Abid oğlu, Balakən rayon sakini, 1936-cı il təvəllüdlü İmamov Bəşir Qurban oğlu və Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Yüzbaşov Tural Cəbrayıl oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar.

Onlardan 18 yaşlı Ənvər Xəlilov aldığı ağır bədən xəsarətlərindən xəstəxanada ölüb. Həkimlərin səyinə baxmayaraq, yaralılardan 26 yaşlı Rəşid Qarayevin və 78 yaşlı Bəşir İmamovun da həyatını xilas etmək mümkün olmayıb. Onlar da xəsarətləri ağır olduğundan xəstəxanada ölüblər.

Qeyd edək ki, fevralın 28-i Balakən rayonunun Tülü kənd ərazisində Rəşid Qarayev idarə etdiyi etdiyi "VAZ 2106" markalı, 08 BF 772 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini itirərək maşını yolun kənarında dayanmış, Zərdab rayon sakini Anar Pirməmmədova məxsus "KamAZ" markalı, 04 BH 225 dövlət nömrə nişanlı yük maşınına vurub.

Rayonun Talalar kəndi ərazisində isə 78 yaşlı Bəşir İmamovun idarə etdiyi "VAZ-2106" markalı 08 BD 832 dövlət nömrə nişanlı avtomobillə Biləsuvar rayon sakini Tural Yüzbaşovun idarə etdiyi "Mercedes" markalı 99 EB 985 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəza nəticəsində ölən Ənvər Xəlilov hərbi çağırışçı olub. Tural Yüzbaşov isə Zaqatala Sərhəd Dəstəsinin Balakən rayon zastavasının zabitidir.

Tarix
2014.03.01 / 19:57
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

“Azərbaycan Dəmir Yolları”ndan bəyanat: Tətil dayandırıldı

Dənizdə batdığı ehtimal edilən şəxslə bağlı yeni məlumat

Rezidenturaya keçirilmiş müsabiqənin - Nəticələri

Bakıdan Nyu Yorka aviareyslərlə bağlı yeni xəbər

Azərbaycanda yeni assosiasiya yaradıldı

Vilayət Eyvazov İsrail nümayəndə heyətilə görüşdü

Bakıda azyaşlıya qarşı soyğunçuluq edən şəxs tutuldu

“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

Meşədə narkotik becərən dəstə üzvləri tutuldu - Foto

Səfər Mehdiyev Koreya səfiri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla