Yuxarı

Maşını yolun əks istiqamətində sürdü, həbs olundu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maşını yolun əks istiqamətində sürdü, həbs olundu - Video

Bakı şəhəri, Kənar Dairəvi yolda sürücü nəqliyyatın hərəkət axınına əks istiqamətdə avtomobilini idarə edib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, "Mersedes" markalı 10 UM 931 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Tahir Tehran oğlu Əliyev hərəkət axınının əksi istiqamətinə çıxaraq yol hərəkəti qaydalarını pozub.

Sözügedən hadisə digər sürücülər tərəfindən qeydə alınıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Elvin Hacıyev bildirib ki, görüntüdəki hadisə ilə bağlı araşdırma aparılıb:

"Avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi pozan, daha sonra əks istiqamətli hərəkət zolağına çıxaraq digər hərəkət iştirakçılarına real təhlükə yaradan sürücü təhlükəsizlik tədbirləri qorunmaqla yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü Tahir Tehran oğlu Əliyev barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmə tərəfindən sürücü barəsində 15 sutka inzibati həbs və 1 il müddətinə sürücülük hüququnun məhdudlaşdırılması qərarı verilib. Sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi əməl etsinlər. Özlərinin və başqalarının həyatına təhlükə yaratmasınlar. Bu kimi hallar müəyyən edilərsə, tərəfimizdən ən kəsərli tədbirlər görüləcək".

Tarix
2025.12.04 / 16:19
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla