Yuxarı

İranın bu qrupu Azərbaycana hücum etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın bu qrupu Azərbaycana hücum etdi

Bu gün kibertəhlükəsizlik mənbələri İranın “MuddyWater” haker qrupunun Türkiyə, İsrail və Azərbaycana qarşı yeni hücum kampaniyasına başladığını bildirib. Hücumlarda qrupun ilk dəfə tətbiq etdiyi “UDPGangster” adlı yeni təhlükəli proqramdan istifadə olunur.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, hücumlar əsasən “speer-fishing” e-poçtları ilə yayılır. Mesajlar Şimali Kipr Türk Respublikası XİN-in adından göndərilmiş kimi göstərilir və “Prezident seçkiləri və nəticələr” adlı saxta seminara dəvət formasında təqdim edilir.

E-poçtlara əlavə edilən vörd sənədi açıldıqda və makrolar aktivləşdirildikdə, zərərli kod işləyir və sistemə “UDPGangster” yerləşdirilir. Sənəd açıldıqda istifadəçiyə “Bezeq” telekom şirkətinin adından hazırlanmış saxta bildiriş göstərilir.

Mütəxəssislər bildirirlər ki, hədəf əsasən diplomatik qurumlar, dövlət strukturları və kritik sektor təşkilatlarıdır. Hücumların yaxın günlərdə genişlənə biləcəyi ehtimal edilir.

Kibertəhlükəsizlik mütəxəssisləri istifadəçilərə naməlum sənədləri açmamağı və makroları aktivləşdirməməyi tövsiyə ediblər.

Tarix
2025.12.08 / 11:23
Müəllif
Axar.az
Digər xəbərlər

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla