Yuxarı

Pivənin pulunu kitaba xərcləmirəm - Sorğu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aydındır ki, kitab satışı ölkədə problem olaraq qalır. Bunun obyektiv və subyektiv səbəbləri var. Yazarlarımız daima oxucu qıtlığından bəhs ediblər. Maraqlıdır, görəsən tanınmışlarımız özləri büdcələrindən kitaba pul ayırırlarmı?

"Axar.az" olaraq keçirdiyimiz sorğunu oxucularımıza təqdim edirik.

Dinlə

AYB-nin üzvü, şair Maarif Soltan keçirdiyimiz sorğuya "Kitab almağım yadıma gəlmir, bu lap çoxadan olub", - desə də, yazıçı Zəka Vilayətoğlu bu günlərdə aldığı kitabın Vladimir Nabokovun "Lolita"sı olduğunu dedi.

Azadlıq Partiyasının sədri Əhməd Oruc həm kitab almağın, həm də oxumağın tərəfdarı olduğunu dedi: "Bir ay bundan qabaq "Əli və Nino", fevralın son günü isə "Məntiq" kitabına almışam. Mən kitaba həmişə pul xərcləmişəm".

Şair Həyat Şəmi isə axrıncı aldığı kitabın Selmanur Surqutun "Dinlə" kitabı olduğunu və bu kitaba 10 manat verdiyini bildirdi.

"Qarabağ Dekameronu"

Tanınmış jurnalist Çingiz Sultansoy da kitaba pul xərcləyənlərdəndir: "Axrıncı aldığım kitab Rasim Qaracanın 11 hekayədən ibarət "Qarabağ Dekameronu" olub. Kitabın birini müəllif özü mənə hədiyyə etmişdi, birini də özüm aldım ki, hədiyyə edim, etdim də. Bu gün ədəbiyyatımızın təbliğinə də vaxt və vəsait ayırmalıyıq".

Masonluq - Dünyanı idarə edən qüvvə

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da kitab mağazalarından üz döndərmədiyini dedi:

"Azərbaycan Əmək Məcəlləsini və Darya Dontsovanın, Cek Londonun, Varisin və Elxan Elatlının kitablarını alıb. Sultan Məmmədovun "Masonluq - Dünyanı idarə edən qüvvə" kitablarını aldığını dedi.

Pivənin pulunu axmaq-axmaq şeylərə xərcləmirəm

Tanınmış yazar Şərif Ağayar: "Mən pivənin pulunu axmaq-axmaq şeylərə xərcləmirəm. Pivə baha deyil, sevirəm o içkini. Yabı kimi içirəm pivəni... Quru balıq və NZS elə bil yazdığım romandır. Onun həzzini mənə verir. Amma balıq xəşəm olsun... Sizə də bir dilim uzadaram", - dedi.

Jurnalist Nurəddin Heydərov sorğumuza cavab olaraq sonuncu dəfə Verner Mazerin "Adolf Hitler" kitabını aldığını bildirdi.

Kağıza allergiyam var

Şair Saday Şəkərli sualımızı fərqli şəkildə cavablandırdı:

"Kağıza allergiyam var, gözlərimdən su axır, asqırıram, lazım olanları elektron variantda oxuyuram. Digər tərəfdən, tez-tez mənzil dəyişdiyimdən kitabxanam dəfələrlə dağılıb, bir dəfə də dünya klassiklərindən ibarət 200-dən artıq kitabımı oğurlayıblar".

Şair sonuncu dəfə bir il qabaq bir gündə doqquz kitab aldığını da qeyd etdi.

Kitaba pul xərcləmək çox vacibdir

Şair Vüqar Əhməd Seyran Səxavətin "Yəhudi əlifbası", "Bəhanə" romanlarını ,"Yazıçılar Ensiklopediyası - Cənubi Azərbaycan ədəbiyyatı"nın 3 nüsxəsini, övladları üçün testlər və dərs vəsaitlərini pulla aldığını qeyd etdi:
"Ümumiyyətlə, isə AMEA-da biz bir-birimizə öz kitablarımızı bağışlamaqla bir növ mübadilə edirik, kitabxanamızı zənginləşdiririk, amma kitaba pul xərcləmək çox vacibdir".

"Əsir qadın"ı Təbrizə göndərdim

Şair Fərqanə Mehdi də kitab almaqla arasının yaxşı olduğunu dedi: "Bu günlərdə "Zero" kitab evindən Cavid Zeynallinin "Leyla" romanını aldım. Bir də təbrizli dostlar məndən Meyxos Abdullahın "Əsir qadın" kitabını istəmişdilər. Bu günlərdə bir-neçəsini alıb göndərdim".

Tarix
2014.03.02 / 12:10
Müəllif
Lalə Novruzlu
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla