Yuxarı

Nazir anons etdi: Azərbaycanda ət bahalaşır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir anons etdi: Azərbaycanda ət bahalaşır

Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu da son üç ildə müvafiq olaraq 6 faiz və 11 faiz azalma deməkdir.

Heyvanların baş sayının azalması ət bazarına necə təsir göstərəcək? Təklifin azalması fonunda qiymət artımı qaçılmazdır, yoxsa idxal hesabına bu riskləri neytrallaşdırmaq mümkündür?

Axar.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Həzi Eynalov nəzəri olaraq daxili istehsaldakı azalmanın idxal hesabına kompensasiya edilməsinin mümkün olduğunu deyib:

“Bir çox ölkələrdə, o cümlədən qonşu Türkiyədə və digər dövlətlərdə bu təcrübə tətbiq olunur. Azərbaycanda da müəyyən heyvandarlıq məhsulları idxal edilir və bu, normal haldır. Əsas məsələ idxal olunan məhsulların keyfiyyət standartlarına cavab verməsidir. Söhbət yalnız miqdardan deyil, əhalinin istehlak etdiyi məhsulların təhlükəsizliyindən və keyfiyyətindən gedir. Bu məsələlər dövlət qurumlarının ciddi nəzarətindədir və qiymətlərin kəskin artımaması üçün tədbirlər görülür”.

Ekspert vurğulayıb ki, əsas prioritet daxili istehsal potensialının hərəkətə keçirilməsidir:

“Bu məsələ ərzaq təhlükəsizliyi baxımından son dərəcə vacibdir. Dövlətin heyvandarlığın inkişafı, regionların sosial-iqtisadi dirçəldilməsi və kənd təsərrüfatının gücləndirilməsi ilə bağlı müxtəlif proqramları mövcuddur. Son illər ət və ət məhsullarının əlçatanlığının təmin edilməsi istiqamətində mühüm addımlar atılıb”.

H.Eynalovun sözlərinə görə, müəyyən dövrlərdə iqlim dəyişiklikləri və digər daxili amillər heyvandarlıq məhsullarının istehsalında azalmaya səbəb ola bilər:

“Bu da bazarda qiymət artımı ilə müşahidə olunur. Belə hallarda idxal məhsullarının bazara çıxarılması ən azından tarazlığın qorunması baxımından mühüm rol oynayır. Lakin əsas məqsəd uzunmüddətli və dayanıqlı strategiyanın formalaşdırılmasıdır. Bu strategiya gələcək illərdə Azərbaycanda ət və ət məhsullarına olan tələbatın lazımi səviyyədə ödənilməsini təmin etməlidir”.

Tarix
2025.12.19 / 09:48
Müəllif
Axar.az
Digər xəbərlər

Heç bir qurum Azərbaycanla təhdid dilində danışa bilməz

Prezident konqres iştirakçılarına müraciət ünvanladı

Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir

Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?

Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı

ABŞ və Ermənistan TRIPP çərçivəsində ilk görüş keçirdi

Bakı-İrəvan gərginliyi başa çatır - Kavelaşvili

ABŞ-ın ictimai-siyasi xadimləri Azərbaycana gələcək

Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi

Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla