Yuxarı

BMT-nin Azərbaycandakı yeni rezidenti o olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT-nin Azərbaycandakı yeni rezidenti o olacaq

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanın səlahiyyət müddəti yanvarın 6-da bitir.

Axar.az APA-ya istinadən xəbər verir ki, Vladanka Andreyevanın yerinə hazırda BMT-nin Türkmənistandakı rezident əlaqələndiricisi olan Ukrayna vətəndaşı Dmitri Şlapaçenko təyin edilib.

BMT-nin İnkişaf üzrə Koordinasiya Ofisinin Kommunikasiyalar və Nəticələrin Hesabatı üzrə rəhbəri Karolina Azavedonun verdiyi məlumata görə, yeni rezident əlaqələndiricinin təyinatı haqda rəsmi elan veriləcək. Belə ki, BMT Baş katibinin mətbuat xidmətinin ofisi yeni rezident əlaqələndiricinin adını o öz vəzifəsinin icrasına başlamağa yaxın açıqlayacaq.

Azavedonun sözlərinə görə, təşkilatın Azərbaycandakı Nümayəndəliyinin yeni rezident əlaqələndiricisi vəzifəsinin icrasına 2026-cı il iyulun 1-də başlayacaq və o vaxta qədər bu vəzifəni müvəqqəti olaraq Vladanka Andreyeva icra edəcək.

Qeyd edək ki, Dmitri Şlapaçenko 2021-ci ildən etibarən BMT-nin Türkmənistandakı rezident əlaqələndiricisi vəzifəsini icra edir. O, BMT sistemində müxtəlif ölkələrdə uzunmüddətli idarəetmə və inkişaf proqramları üzrə təcrübəyə malikdir. Yeni rezident əlaqələndiricinin vəzifəsinin icrasına Türkmənistanda mandatı bitəndən sonra, yəni gələn ilin yayından etibarən başlayacağı bildirilir.

Xatırladaq ki, Vladanka Andreyeva BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi kimi fəaliyyətə 2021-ci il iyulun 1-də başlayıb.

Tarix
2025.12.19 / 12:22
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla