Yuxarı

Azərbaycana gələn əcnəbilərin sayı azaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana gələn əcnəbilərin sayı azaldı

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasına dünyanın 189 ölkəsindən ümumilikdə 2 milyon 364 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iki faiz azdır.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ölkəyə gələnlərin 24.2 faizi Rusiya Federasiyasının, 17.6 faizi Türkiyənin, 8.1 faizi İranın, 6.4 faizi Hindistanın, 4.3 faizi Gürcüstanın, 4.2 faizi Səudiyyə Ərəbistanının, 4.1 faizi Qazaxıstanın, 3.5 faizi Pakistanın, 2.6 faizi Çinin, 2.5 faizi İsrailin, 2.4 faizi Özbəkistanın, 1.6 faizi Birləşmiş Ərəb Əmirliklərinin, 1.5 faizi Ukraynanın, 1.3 faizi Türkmənistanın, hər birindən 1.1 faiz olmaqla Belarusun və Böyük Britaniyanın, bir faizi Küveytin, 12.5 faizi isə digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66.7 faizini kişilər, 33.3 faizini qadınlar təşkil ediblər.

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2.3 dəfə, Tacikistandan 1.7 dəfə, İordaniyadan 49.6 faiz, Çindən 43.1 faiz, Özbəkistandan 38.6 faiz, Qırğızıstandan 34.9 faiz, Yaponiyadan 26.4 faiz, Qazaxıstandan 20.3 faiz, Pakistandan 12.5 faiz, İtaliyadan 11.4 faiz, Almaniyadan isə 10.3 faiz artıb.

2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4.7 faiz artaraq 111 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2.8 faiz azalaraq 380.8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7.8 faiz azalaraq 804.5 min nəfər olub. Digər ölkələrdən gələnlərin sayı isə 2.5 faiz artaraq 1067.7 min nəfər təşkil edib.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76 faizi hava, 22.7 faizi dəmir yolu və avtomobil, 1.3 faizi isə dəniz nəqliyyatından istifadə ediblər.

2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2.6 faiz azalaraq 1 milyon 947 min nəfər olub. Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 20.5 faiz, İrana gedənlərin sayı 6.8 faiz artıb. Rusiya Federasiyasına gedənlərin sayı 31.8 faiz, Türkiyəyə gedənlərin sayı isə 2 faiz azalıb.

Azərbaycan Respublikası vətəndaşlarının 41.6 faizi Türkiyəyə, 14.4 faizi Rusiya Federasiyasına, 10.8 faizi Gürcüstana, 9.5 faizi İrana, 23.7 faizi isə digər ölkələrə səfər edib.

Gedənlərin 63.6 faizini kişilər, 36.4 faizini qadınlar təşkil edib.

2025-ci ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69.9 faizi hava, 28.2 faizi dəmir yolu və avtomobil, 1.9 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Tarix
2025.12.19 / 18:02
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin mətbuat konfransında xəritə mesajı - Foto

Liderlər İlham Əliyevi təbrik edir

Əli Əsədovdan bu qəzetlərlə bağlı qərar

Kəlbəcərdəki bu hadisələr hərbi cinayətdir - Araik

Zelenski İlham Əliyevi təbrik etdi

İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı

Heç bir qurum Azərbaycanla təhdid dilində danışa bilməz

Prezident konqres iştirakçılarına müraciət ünvanladı

Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir

Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla