Yuxarı

Sumqayıt bulvarında ağaclar qanunsuz kəsilib? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıt bulvarında ağaclar qanunsuz kəsilib? - Video

Sosial şəbəkələrdə Sumqayıt şəhərinin Bulvar ərazisində ağaclıq ərazinin kəsilərək hasara alındığı, hətta həmin yerdə obyekt tikildiyinə dair videogörüntülər yayılıb.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən açıqlamada bildirilib ki, sözügedən ərazisində yaşıllıq ərazinin hasara alınması və hasarın daxilindəki ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb:

“Ərazidə ağac kəsintisi faktının olmadığı müəyyən edilib.

Qeyd edək ki, 03.07.2025-ci il tarixində Xidmətin əməkdaşları tərəfindən keçirilən nəzərət tədbirləri zamanı sözügedən ərazidə 5 ədəd lüqustr kolunun kəsildiyi faktı aşkar olunub.

Faktla bağlı əraziyə cavabdeh Ramazan Saxalov barəsində akt, protokol tərtib edilmiş və qanun pozucusu 2000 manat məbləğində cərimə olunmuşdu. Hasarın daxilindəki ağaclar isə sayılaraq qeydiyyata alınıb”.

Mövzu ilə bağlı Sumqayıt Rayon İcra Hakmiyyətindən sorğumuza cavab olaraq qeyd edilib ki, bulvar ərazisində tikilən sosial obyekt bulvarın baş planına uyğun inşa olunur:

“Ərazidə heç bir ağac kəsilməyib. Bulvar ərazisində aparılan tikinti işləri mövcud baş plana və şəhərsalma normalarına tam uyğun şəkildə həyata keçirilir. Sözügedən ərazidə sosial təyinatlı obyektin inşası müvafiq icazə sənədləri əsasında aparılır və tikinti prosesi qanunvericiliyin tələblərinə uyğun olaraq icra olunur”.

Tarix
2025.12.23 / 08:30
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla