Yuxarı

Azərbaycanlıların bu müharibəyə qoşulmasında onlar günahkardır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlıların bu müharibəyə qoşulmasında onlar günahkardır

Son illər Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən döyüşlərə qatılan onlarla azərbaycanlının həlak olması və ya itkin düşməsi barədə mediada üzücü məlumatlar yayılır. Müharibəyə könüllü və ya yaşadığı dövlətin tələbi ilə qoşulan həmyerlilərimizlə yanaşı, Azərbaycan vətəndaşlarının muzdlu şərtlərlə əməliyyatlara cəlb edilməsi halları artır.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib.

Zahid Oruc bildirib ki, sosial şəbəkələrdə kəşfiyyat mərkəzlərinə bağlı olduğu şübhə doğurmayan səhifələr hədəfli reklamlar, “müqavilə ilə xidmət” “iş” və ya “təlim” adı altında yığım kampaniyası aparır:

“Rəsmi statistika olmadığından hərbi təşkilatların verdiyi rəqəmlərə görə yüzlərlə soydaşımız və vətəndaşımız qarşı səngərlərdə döyüşürlər”.

O qeyd edib ki, Vətən müharibəsində peşəkarlıq qazanan şəxsləri Ukrayna müharibəsinə cəlb edənlər, qardaşı qardaşa atəş açdıranlar, təkcə onların ailələrinə deyil, həm də dövlətimizə hərbi-siyasi zərbə vururlar:

“Ən böyük itki Qarabağda hərbi təcrübə qazanan peşəkar şəxslərin aylıq muzd müqabilində döyüşlərə qatılmasıdır. Görünür, xarici kəşfiyyat mərkəzlərinin məqsədi həm də Vətən müharibəsində iştirak edən və qalib ordu imici qazanan oğulları qəsbkarlıq müharibəsinə qoşmaqla nüfuz itkisinə məruz qoymaqdır. Nəticə təkcə millətimizin deyil, həm də ordumuzun itkisidir.

Mediada ictimailəşən ölüm faktları ilə yanaşı, itkin və əsir düşən həmvətənlərimizin bir çoxu haqqında heç bir məlumat yoxdur. Yaralanaraq, ölkəyə dönən, lakin müharibənin amansız təsirlərini beyinlərində daşıyan şəxslər-ailələri və cəmiyyət üçün ağır mənəvi-sosial qayğıdır, gələcəkdə radikal qruplara qoşulma riskidir. Dövlət təhlükəsizlik orqanları haqlı olaraq, keçmiş “vaqnerçiləri” həbs etməklə bütün vətəndaşlarımıza və həmyerlilərimizə çağırış etdi: bizim Vətən müharibəmiz-Qarabağdır, torpaqlarımızın azadlığıdır, indi isə Böyük Qayıdışdır! Terror təşkilatları ilə müxtəlif dövlətlərin nizami orduları tərkibində iştirak etmək eyni məsuliyyətli əməldir.

Kampaniyanın arxasında 3-cü dövlətlərin kəşfiyyat xidmətlərinin olduğuna şübhə yoxdur”.

Zahid Oruc vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsində həyatını itirən Azərbaycan vətəndaşları “şəhid” deyil, bunu təşviq edənlər genefondumuza zərbə vurur: “Biz “şəhid” adını yalnız Vətənin müdafiəsində canını verənlər üçün deyirik. Yalnız qardaş Türkiyə uğrunda dövlətimizdən qərar gözləmədən müharibəyə qoşulmaq Çanaqqala savaşındakı kimi müqəddəs işdir. Vətən müharibəsinin qəhrəmanları ilə yad döyüşlərdə ölənləri bir tutmaq torpaqlarımız üçün canından keçən oğulların ruhunu incitməkdir.

Azərbaycan dövləti rəsmən heç bir dövlətin müharibəsində hərbi müttəfiq kimi iştirak etmir”.

Tarix
2025.12.23 / 14:01
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla