Yuxarı

“Lənd Rover” sürən narkokuryer saxlanıldı - Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Lənd Rover” sürən narkokuryer saxlanıldı - Anbaan video

Bakıda “Lənd Rover” idarə edən narkokuryerdə 17 kq marixuana aşkarlanıb.

Axar.az DİN-ə istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı əvvəllər məhkum olunmuş 42 yaşlı Orxan Qurbanov saxlanılıb. Onun idarə etdiyi “Lənd Rover” markalı avtomobilə baxış zamanı 17 kiloqram 330 qram narkotik vasitə olan marixuana aşkarlanıb.

Həyata keçirilən digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 3 nəfər - 36 yaşlı Emin Bayramov, 42 yaşlı İlkin Əlizadə və tanışı 36 yaşlı Amil İbayev saxlanılıblar. Onlardan isə ümumilikdə 21 kiloqram marixuana və 2 kiloqram 809 qram heroin aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər ifadələrində narkotikləri paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı başlanan cinayət işləri üzrə araşdırmalar davam etdirilir.

Qeyd edilib ki, cari ilin əvvəlindən Xətai RPİ-nin əməkdaşları tərəfindən 112 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Tarix
2025.12.25 / 15:32
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla