Yuxarı

Bakıda bu ərazilərdə eskalatorlar niyə işləmir? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu ərazilərdə eskalatorlar niyə işləmir? - Video

Bakı şəhərində, xüsusilə “Sahil” metrostansiyası ətrafında yerləşən yeraltı piyada keçidlərində eskalatorların uzun müddətdir işləməməsi sakinlərin narazılığına səbəb olub. Vətəndaşlar bildirir ki, bəzi keçidlərdə quraşdırılan travelatorlar ümumiyyətlə istismar olunmur, bu isə həm rahatlığa, həm də əlillər və yaşlılar üçün əlçatanlığa ciddi maneə yaradır.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Axar.az-a açıqlamasında bildirib ki, şəhər infrastrukturunun təhlükəsiz və rahat istifadəsinin təmin edilməsi məqsədilə yeraltı və yerüstü piyada keçidlərində nasaz vəziyyətdə olan eskalatorların təmiri istiqamətində işlər həyata keçirilir:

“Aparılan texniki baxışlar nəticəsində bir sıra keçidlərdə eskalatorlarda mexaniki nasazlıqlar və istismar müddətini başa vurmuş detallar müəyyən edilib və bu səbəbdən təmir-bərpa işlərinə başlanılıb. Artıq bir neçə ərazidə eskalatorların təmiri yekunlaşıb, avadanlıqlar tam işlək vəziyyətə gətirilib və vətəndaşların istifadəsinə təqdim olunub. Hazırda digər keçidlərdə də mərhələli şəkildə bərpa işləri davam etdirilir”.

Anar Nəcəfli əlavə edib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində şəhər üzrə bütün yeraltı və yerüstü piyada keçidlərində quraşdırılmış eskalatorların vəziyyəti ilə bağlı genişmiqyaslı monitorinqlər aparılır. Monitorinqlərin nəticələrinə əsasən eskalatorların yenilənməsi, müasir standartlara cavab verən avadanlıqlarla əvəzlənməsi və texniki xidmətin keyfiyyətinin artırılması nəzərdə tutulur.

Tarix
2025.12.26 / 17:37
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla