Yuxarı

Bakı metrosu bu tarixdə 2 saat artıq işləyəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı metrosu bu tarixdə 2 saat artıq işləyəcək

Bakı Metropoliteni QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə iş saatlarında dəyişiklik edəcək.

Axar.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, paytaxtda keçirilən mədəni-kütləvi tədbirlər və Bakı Metropoliteninin əməliyyat planına uyğun olaraq, stansiyalar gücləndirilmiş iş rejimində çalışacaq.

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə bütün stansiyalar saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Həmçinin, bayram günlərində metropolitendə gücləndirilmiş iş qrafiki tətbiq ediləcək. Xüsusilə şəhər mərkəzində mədəni-kütləvi tədbirlərin keçirildiyi məkanlara yaxın yerləşən "İçərişəhər", "Sahil" və "28 May" stansiyalarında növbətçilik cədvəli əsasında nəzarət mexanizmləri artırılacaq.

Ümumilikdə isə dekabrın 31-dən yanvarın 3-nə qədər qatarların hərəkəti xüsusi qrafiklə tənzimlənəcək.

Xəttə buraxılması üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Qeyd edək ki, "Bakmil" stansiyasiyası üzrə qatarların hərəkəti 31 dekabr-3 yanvar tarixlərində şənbə, yanvarın 4-də isə bazar gününün qrafiki əsasında tənzimlənəcək.

Sərnişinlərdən metropolitendən düzgün istifadə, təhlükəsizlik, o cümlədən sanitariya-gigiyena qaydalarına riayət etmələri xahiş olunur.

Tarix
2025.12.26 / 17:15
Müəllif
Axar.az
Digər xəbərlər

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla