Yuxarı

Məşhur restoranın aşpazı soyğunçuluq etdi, həbs olunmadı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur restoranın aşpazı soyğunçuluq etdi, həbs olunmadı

Bakıda fəaliyyət göstərən “Xaçapuri Baku” restoranında aşpaz kimi çalışan 2008-ci il təvəllüdlü S.Məmmədli soyğunçuluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilib.

Axar.az News24.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Araşdırmalar zamanı müəyyən olunub ki, S.Məmmədli işdən sonra evə qayıdarkən iki dəfə taksi sifariş edib. Sabunçu rayonunda yaşadığı evin yaxınlığına çatdıqda isə sürücülərə hücum edərək onların mobil telefonlarını ələ keçirib və hadisə yerindən qaçıb. Zərərçəkən iki taksi sürücüsü polisə müraciət edib.

İstintaq zamanı məlum olub ki, S.Məmmədli soyğunçuluq yolu ilə əldə etdiyi mobil telefonları “Lalafo” platformasında satışa çıxararaq satıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılaraq həbs edilib. Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə təqsirli bilinən S.Məmmədliyə 3 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Lakin yaşı nəzərə alınaraq cəza şərti hesab edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Tarix
2025.12.29 / 20:19
Müəllif
Axar.az
Digər xəbərlər

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla