Yuxarı

Xəzərdə canlılar niyə məhv olur? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərdə canlılar niyə məhv olur? - Video

Son illərdə Xəzərin səviyyəsində müşahidə edilən azalma təbii ki, canlılara təsirsiz ötüşmür. 1996-cı ildən başlayan bu proses gəmiçiliyə, daha sonra isə balıqçılığa zərər vurur. Mütəxəssislər bildirirlər ki, gəmi hərəkəti və tullantılar da dəniz mühitinə təsir göstərir. Təmizləmə sistemlərinin mövcud olmasına baxmayaraq, yenə də müəyyən qədər zərərli maddələr dənizə yol tapır.

Axar.az Baku Tv-yə istinadən xəbər verir ki, Coğrafiya İnstitutunun şöbə müdiri Əmir Əliyevin sözlərinə görə, əsas problem Xəzərin ekologiyasında və bioresurslarında mühüm rol oynayan Şimali Xəzərdə yaşanır:

"Burada təxminən Xəzərin bioresurslarının 90%-i yerləşir. Xüsusilə də Volqa deltasında geriçəkilmələr nəticəsində balıqların yem bazası təxminən 50% azalır. Bu da Xəzərdəki nadir balıqların tükənməsinə səbəb olur".

Mütəxəssis Xəzər dənizində yaşayan canlıların azalmasının digər bir səbəbini qlobal istiləşmə ilə əlaqələndirib:

"Bu proses nəticəsində sahil zonasında oksigenin miqdarı azalır və balıqların dənizin mərkəzinə doğru çəkilməsinə səbəb olur".

Bəs bu proseslərin qarşısının alınması istiqamətində hansı tədbirlər görülür?

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən verilən məlumata görə, sözügedən hal həm də region ölkələri üçün iqtisadi və sosial çətinliklər yaradır: "Buna görə də gözlənilən risklərin qarşısını almaq üçün birgə fəaliyyət, elmi əsaslı qərarlar və koordinasiyalı tədbirlər zəruridir. Bu məqsədlə Xəzərin iqlim, yağıntı, səviyyə planı Xəzəryanı və Xəzər dənizini qidalandıran su mənbələrinin yerləşdiyi ölkələrlə birlikdə işlənməlidir. Bunun əsasında isə səviyyənin aşağı düşməsi proqnozlaşdırılmalı, nəticə əsaslı tədbirlər görülməlidir".

Tarix
2025.12.30 / 01:32
Müəllif
Axar.az
Digər xəbərlər

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla