Yuxarı

BSU-ya millət vəkili rektor gətirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kamal Abdullanın yerinə təyin ediləcək rektor universitetin prorektorlarından biri olacaq".

Bu sözləri "Axar.az"a açıqlamasında Bakı Slavyan Universitetinin adının açıqlanmasını istəməyən müəllimlərindən biri bildirdi. Onun sözlərinə görə, hazırda 3 prorektor arasında seçim edilir:

"Rektor vəzifəsinə gətirilməsi gözlənilənlərdən biri Elmi işlər üzrə prorektor Seyfəl Həsənov, digər namizəd isə Tədris işləri üzrə prorektor Asif Hacıyevdir. Ancaq daha çox rektor təyin edilməsi gözlənilən namizəd Sahibə Qafarovadır. Beynəlxalq əlaqələr üzrə prorektor olan Sahibə xanım millət vəkili və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü olduğu üçün onun rektor təyin edilməsi daha real görünür".

Müəllimlər Kamal Abdullanın yerinə kənar şəxsin təyin edilmə ehtimalı olduğunu da deyir. Narahatlığa səbəb olan məsələlərdən biri də məhz budur. İllərdir Kamal müəllimlə işləyən insanlarla yanaşı, onun sayəsində universitetdə çalışan gənc kadrlar da narahatlıq keçirir:

"Hələ ki, bu 3 namizəd barədə danışılır. Müəllimlər də narazılıq etmir. Hamı xüsusilə Sahibə Qafarovanın rektor təyin edilməsini istəyir. Ancaq deyirlər ki, kənardan kimsə universitetə rəhbər gətirilə bilər. Bizi ən çox narahat edən də kənardan rektor gətiriləcəyi ilə bağlı xəbərlərdir. İllərdir işlədiyimiz sistemin dağılmasından necə narahat olmayaq?".

Tarix
2014.03.03 / 11:21
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla