Yuxarı

Qazaxda partlayış: 2 qadın xəsarət aldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxda partlayış: 2 qadın xəsarət aldı - Video

16:08

Qazaxda fərdi yaşayış evində partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Qazax şəhərində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 50kv.m. olan fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış nəticəsində evə ciddi ziyan dəyib, bir nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Bu gün saat 15:00 radələrində Qazax rayonunda baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər (qadın) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

"Onlardan 1975-ci il təvvəlüdlü şəxsə sol mil sümüyünün aşağı 1/3-nin sınığı və gövdənin birinci dərəcəli termiki yanığı, 1974-cü il təvvəlüdlü şəxsə isə hər iki diz qapağının səthi travması və sol əlin ovuc səthinin sıyrılmış cızılmış yarası diaqnozu təyin edilib. Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsinə davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.

Tarix
2026.01.06 / 16:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan türk dünyası birliyinin gücləndirilməsinə sadiqdir...

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla