Yuxarı

Təhsil haqqında dövlət sənədləri elektron formada veriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təhsil haqqında dövlət sənədləri elektron formada veriləcək

Təhsil haqqında dövlət sənədləri və dublikatları elektron formada veriləcək.

Axar.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsinə dair yeni qaydalar"da əksini tapıb.

Bununla əlaqədar “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli Qərarı ləğv edilib.

Yeni qaydalara əsasən, ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsilini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (TMİS) “Elektron imza və elektron sənəd haqqında” qanunun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi - diplom (diploma əlavə ilə birlikdə) veriləcək. Diplom ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura və rezidentura səviyyələri üzrə təhsilalanlar təhsil müəssisəsini bitirdikdən sonra 10 iş günü müddətində hazırlanacaq. Bu Qayda qüvvəyə mindiyi tarixədək verilmiş təhsil haqqında dövlət sənədləri itirildikdə, korlandıqda və ya məhv olduqda, diplomalanın müraciətinə əsasən elektron sənəd formasında yaradılan diplomun dublikatı veriləcək.

Orta ixtisas təhsilini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada TMİS-də elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi - diplom (diploma əlavə ilə birlikdə) veriləcək. Bu Qayda qüvvəyə mindiyi tarixədək verilmiş təhsil haqqında dövlət sənədləri itirildikdə, korlandıqda və ya məhv olduqda, diplomalanın müraciətinə əsasən elektron sənəd formasında yaradılan diplomun dublikatı təqdim olunacaq.

Peşə təhsilini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada TMİS-də elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi - diplom (diploma əlavə ilə birlikdə), qısamüddətli kursları bitirən şəxslərə isə təhsil haqqında dövlət sənədi - sertifikat veriləcək. Bu Qayda qüvvəyə mindiyi tarixədək verilmiş təhsil haqqında dövlət sənədləri itirildikdə, korlandıqda və ya məhv olduqda, diplomalanın (sertifikatalanın) müraciətinə əsasən elektron sənəd formasında yaradılan diplomun (sertifikatın) dublikatı təqdim olunacaq.

Ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə bitirən, həmçinin peşə təhsili müəssisələrində peşə təhsili ilə yanaşı tam orta təhsil almış şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada TMİS-də elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi – attestat (attestata əlavə ilə birlikdə) veriləcək. Bu Qayda qüvvəyə mindiyi tarixədək verilmiş təhsil haqqında dövlət sənədləri itirildikdə, korlandıqda və ya məhv olduqda attestatalanın (attestatalanın valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətinə əsasən elektron sənəd formasında yaradılan attestatın dublikatı təqdim olunacaq.

Tarix
2026.01.08 / 17:18
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya nizamı yoxdur, qaydasız nizamsızlıq var - Pol Qobl

Azərbaycandan 7600 ton yanacaq gəlir - Papoyan

Azərbaycanın bu qədər ərazisi nəzarətimizdədir - Simonyan

Rusiya bundan Azərbaycana təzyiq üçün istifadə edir

Sahil Babayevə müavin təyin edildi - Sərəncam

Azərbaycan benzinini satmaq istəməyənlər... - Paşinyan

Bakıda mühüm tədbir: İlham Əliyev çıxış etdi - Foto

Azərbaycandan yeni partiya: 80 dram ucuz... - Papoyan

Azərbaycanın xarici borcu... - Prezident

Prezident açıqladı: Ölkədə ilk dəfə bu sistem yaradılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla