Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyun 2018


İcra başçısı: "O hansı şərəfsizdir?"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda qanunsuz balıqçılıqla məşğul olan şəxslərin balıq təsərrüfatları ləğv olunur.

"Axar.az" xəbər verir ki, bu barədə "Publika.az"a eksklüziv açıqlamasında Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov bildirib.

İcra başçısı deyib: "Bu günlərdə Nazirlər Kabinetindən və Milli Təhlükəsizlik Nazirliyindən (MTN) mənə məktub göndərilib ki, Salyanda mövcud olan qeyri-qanuni balıq təsərrüfatı ləğv olunsun. Çünki torpağın münbit qatını erroziyaya uğradır, iri taxılçılıq təsərrüfatına zərər gətirir. Mən də tapşırıq vermişəm ki, kimin balıqçılıq sənəti yoxdursa və özbaşına balıq təsərrüfatı ilə məşğul olursa, onlar ləğv olunsun. Yəni indi mən Nazirlər Kabinetinin sərəncamını icra etməməliyəm?"

Özü və oğlu haqqında yazılan məlumatları da şərh edən T.Kərimov onları məhkəməyə verəcəyini söyləyib: "Mənim haqqımda yalan yazanları məhkəməyə verəcəm. Bu barədə rəhbərlikdən icazə də almışam və konkret tapşırıq vermişəm. Mənimlə bağlı son yazıları yazanları da məhkəməyə verəcəm ki, özləri aydınlaşdırsın. O zaman bəlli olacaq ki, kim pul alır, kim pul almır. Artıq "reketçilik" etməyə başlayıblar. Axı dövlətimizin siyasətinə qarşı bu cür addımlar atmaq olmaz. Yazıblar ki, guya sahibkarlardan pul istənilir. O hansı şərəfsizdir ki, pul istənilməsi barədə adını yazsın. Yazırlar ki, Salyan rayonun başçısı Tahir Kərimov Almaniyanın filan deputatı ilə işbirliyi, Rumıniya prezidenti ilə ticarət əlaqəsi qurub və sairə. Məndən gic-gic yazırlar.

Oğlumdan da yazırlar. Ancaq mənim oğlum xaricdə dövlətin siyasətini yürüdür, dövlətin işini görür. Nə yazırlarsa, qoyun yazsınlar, məhkəmə qarşısında cavab verərlər".


Xatırladaq ki, Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovdan şikayətçi olan yerli sahibkar mediaya açıqlamasında iddia edib ki, Tahir Kərimov Salyanı icra başçısı kimi yox, şirkət rəhbəri kimi idarə edir.

Şikayətçi deyir ki, 2011-ci ildən Salyana başçılıq edən Tahir Kərimov qısa zaman kəsiyində rayonun bütün gəlirli sahələrində böyük paya sahib çıxıb.

Sahibkar iddia edib ki, təkcə balıqçılıq təsərrüfatlarından yığılan pul külli miqdardadır və bunun çox kiçik hissəsi təyinatı üzrə yönləndirilir.

Tarix
2014.03.03 / 14:02
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Sərhəddə atışma: hərbçimiz yaralandı

Xarici diplomlar hansı hallarda tanınır? - Video

Turizmlə bağlı unikal təklif: Turistlər yemək hazırlayacaq

Kəlbəcər girovunun oğlu evləndi, ancaq...

Nazir müavini: DİN-nin saxlama yerlərində belə hal baş verməyib

Prezident sərəncam imzaladı

“Bakcell” bu müraciətlərə görə ən yüksək nəticə göstərdi

“Nar” bu abituriyentləri mükafatlandıracaq

16 yaşlı qızın şok videosu: TV-lər nəyi təbliğ edir?

Ramil Usubov İsraildə: mühüm görüşlər...

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla