Yuxarı

“Bank Respublika”da əhalinin əmanətləri kəskin azaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bank Respublika”da əhalinin əmanətləri kəskin azaldı

2025-ci ildə “Bank Respublika”da fiziki şəxslərin depozitləri kəskin azalıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, 2024-cü ildə bankda fiziki şəxslərin əmanətlərinin həcmi 636 milyon 244.66 min manat təşkil edirdisə, 2025-ci ildə bu göstərici 603 milyon 726.04 min manat olub (32 milyon 518,62 min manat və ya 5,11% azalma).

Hesabat dövründə bankın öhdəlikləri artıb. Bankın öhdəlikləri 2025-ci ilin dekabrın 31-nə 498 milyon 276.22 min manat və ya 25.2% artaraq 2 milyard 476 milyon 269.61 min təşkil edib. 2024-cü ildə bu rəqəm 1 milyard 977 milyon 993.39 min manat idi.

Maliyyə qurumunun kredit təşkilatları və digər maliyyə instutları qarşısında öhdəlikləri 92.9% artaraq 1 milyard 9 milyon 613.83 min manata yüksəlib (2024-cü ildə - 523 milyon 479.36 min manat).

Əlavə olaraq bildirək ki, "Bank Respublika"nın faiz xərclərində də artım müşahidə olunub. Belə ki, bank dövr ərzində 129 milyon 847.82 min manat məbləğində faiz ödənişi həyata keçirib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34 milyon 29.72 min manat və ya 35.5% çoxdur.

Xüsusilə cəlb edilmiş kreditlərə görə ödənilən faizlər kəskin artaraq 68 milyon 740.52 min manat (82.13%), Qiymətli kağızlar üzrə ödənilən faiz ödənişləri isə 2 dəfəyə yaxın (99,22%) artaraq 2 milyon 130.53 min manat təşkil edib. Bankın qeyri-faiz xərcləri isə 14,55% artaraq 127 milyon 688.44 min manat olub.

Tarix
2026.01.16 / 13:14
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla