Yuxarı

FHN-də tədbir: xidmət rəisi tapşırıqlar verdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-də tədbir: xidmət rəisi tapşırıqlar verdi - Foto

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində “2025-ci il ərzində görülən işlərin təhlili və qarşıda duran vəzifələr” mövzusunda tədris-metodiki toplantı keçirilib.

Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Toplantıda Xidmətin rəhbərliyi və məsul şəxsləri iştirak edib.

Tədbirdə çıxış edən Xidmətin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov 2025-ci il ərzində Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı, suda boğulma hadisələrinin nəticələrinin aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

Daha sonra Xidmətin struktur bölmələrinin rəhbərləri müvafiq sahələr üzrə hesabat xarakterli çıxışlar ediblər.

Sonda Xidmət rəisi cari ildə insanların sularda təhlükəsizliyi, kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı və axtarış-xilasetmə tədbirlərinin daha səmərəli təşkil olunması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Tarix
2026.01.16 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla