Yuxarı

Güclü qar: Bu yolda çətinliklər yarandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güclü qar: Bu yolda çətinliklər yarandı

Ötən gün gecə saatlarından etibarən bölgələrdə qar yağması müşahidə olunur.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, yağan qar səbəbindən günorta saatlarında Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

Qar örtüyünün qalınlaşması və yolun sürüşkən olması səbəbindən xüsusilə sərt döngəli və enişli hissələrdə bir neçə avtomobil yolda qalıb, bəzi nəqliyyat vasitələri isə yoldan çıxıb. Hadisələr nəticəsində ölən və xəsarət alan olmasa da, müxtəlif yol-nəqliyyat qəzaları qeydə alınıb.

Mövcud vəziyyətlə əlaqədar olaraq, hər iki istiqamətdə gediş-gəliş bir müddət xeyli çətinləşib. Polis əməkdaşları yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazidə gücləndirilmiş rejimdə xidmət aparır, sürücülərə hava şəraitinə uyğun hərəkət etmələri barədə tövsiyələr verilir.

Eyni zamanda, yol istismar idarəsinin əməkdaşları əraziyə cəlb olunub. Qarlı və buz bağlamış yol sahələrinə duz-qum qarışığı səpilir, hərəkətin normal bərpası üçün zəruri tədbirlər görülür. Hazırda yolun açıq saxlanılması və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Tarix
2026.01.18 / 14:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

Prezident İƏT-in yeni baş katibinə təbrik ünvanladı

Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla