Yuxarı

Rumıniyadakı səfirliyimizdə anım tədbiri keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rumıniyadakı səfirliyimizdə anım tədbiri keçirildi - Foto

20 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Rumıniyada yaşayan, təhsil alan soydaşlarımız, o cümlədən Azərbaycan diasporunun nümayəndələri, Rumıniya ictimaiyyətinin təmsilçiləri, “SOCAR Romania” şirkətinin əməkdaşları yaxından iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilmiş, 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri çıxış sözü ilə açan səfir Qüdsi Osmanov nitqində ötən əsrin 80-90-cı illərinin tarixi xronikasına toxunaraq, Azərbaycan xalqının məruz qaldığı qərəzli ayrı-seçkilik münasibətinə etiraz əlaməti olaraq öz iradəsini ortaya qoyması, törədilən bu qanlı cinayətlərə boyun əyməməsi və əsl birlik nümayiş etdirməsi nəticəsində suverenliyinə, müstəqilliyinə qovuşduğunu bildirib.

20 Yanvar həqiqətlərinin dünyaya çatdırılması yolunda Ümummilli Lider Heydər Əliyevin göstərdiyi xidmətlərdən danışan səfir 44 günlük Vətən müharibəsində xalqımızın Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı qələbənin sarsılmaz iradəmizin nəticəsi olduğunu vurğulayıb.

Daha sonra tədbir iştirakçıları üçün Qanlı Yanvar hadisələrinə həsr edilmiş sənədli film nümayiş olunub. Diplomatik nümayəndəlikdə Qanlı Yanvar faciəsinə həsr olunmuş fotosərgi və qonaqlar üçün ehsan süfrəsi təşkil edilib.

20 Yanvar hadisələri ilə əlaqədar Rumıniyanın Milli İnformasiya Agentliyi “Agerpres”də rumın dilində geniş məqalə dərc olunub.

Tarix
2026.01.20 / 22:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla