Yuxarı

Burda evlərin kvadratı 5000 manatdır – “Sovetski”/Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizdən bir az yuxarıda, Olimp mağazasının yaxınlığında yeni tikililərdə evlərin 1 kvadratı 3000–5000 manatdır. Bəs bizə nə üçün 1500 manat verirlər?"

Bu sözləri "Axar.az"a adının yazıda çəkilməməsini xahiş edən bir "Sovetski" sakini deyib. O bildirib ki, "Sovetski" sakinləri onlara ayrılan məbləğdən narazıdırlar: "Bizim əla təmirli evlərimiz var. Bura həm də şəhərin mərkəzidir. Burdan köçəsi olsaq, bir çox problemlərlə qarşılaşmalı olacağıq. Birincisi, gərək şəhərdən kənar torpaq alaq, o zaman şəhərə gedib-gəlişimiz çətinləşəcək. İkincisi isə, bizdən bir az yuxarıda, Olimp mağazasının yaxınlığında yeni tikililərdə evlərin 1 kvadratı 3000–5000 manatdır. Bəs bizə nə üçün 1500 manat verirlər? Bir də ki, hamıya eyni məbləğ ödəmək düz deyil axı. Evi başına uçana da 1500 manat verirlər hər kvadratına görə, əla təmirli evi olanlara da. Belə şey olar? Biz bu məbləğlə razı deyilik".

Bizə verdikləri pul, işimizə yaramayacaq

Başqa bir "Sovetski" sakini öz narazılığını belə bildirdi: "Mənim 70 yaşım var. Dişimlə, dırnağımla ev tikmişəm, gəlib deyirlər ki, çıx. İndi mənim ev tikən vaxtımdır? Elə bil ki, bizə yol pulu verirlər. Bir bu qədər sakinin köçürülməsi, evlərin bahalaşmasına da səbəb olacaq. Bizə verdiklər pul işimizə yaramayacaq. Bir tin yuxarıda, evlərin kvadratı 5000 manatdır, bizə niyə 1500 manat verirlər?"

Karandaşdan istifadə edirlər

"Sovetski" sakinləri evlərin ölçülməsində də qanunsuzluqlara yol verildiyini bildirdilər: "Evlərimizi gəlib ölçənlərdən, neçə kvadrat olduğunu soruşuruq, deyirlər: - Onu sizə sonra deyəcəyik. Sənədləşdirmədə karandaşdan istifadə edirlər. Biz nə bilək, sonra o sənəddə yazdıqlarını pozanla silib yenidən öz istədiklərini yazmıyacaqlar?"

Qeyd edək ki, Maliyyə Nazirliyi "Sovetski" ərazisində daşınmaz əmlaka malik olan mülkiyyətçilərə təklif olunan məbləğ barədə açıqlama verərək onlara hər kvadrat metrə görə 1500 manat pul veriləcəyini deyib.

Tarix
2014.03.03 / 18:56
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla