Yuxarı

Azərbaycanlı rusla evləndi, müharibəyə getdi, itkin düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı rusla evləndi, müharibəyə getdi, itkin düşdü

Rusiya–Ukrayna müharibəsində daha bir azərbaycanlı itkin düşüb.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşlərə cəlb edilən Ağsu rayon sakini Röyal Zabil oğlu Ömərov ilə bağlı ailəsi bir müddətdir heç bir məlumat ala bilmir.

Məlumata görə, Röyal bir müddət əvvəl işləmək məqsədilə Rusiyaya gedib. Orada tanış olduğu rusiyalı qadınla rəsmi nikaha daxil olub. Bundan sonra ona Rusiya vətəndaşı statusu verildiyi və məcburi qaydada müharibəyə göndərildiyi bildirilir.

Ailəsinin iddiasına görə, Röyalın həyat yoldaşı hazırda onun taleyi ilə bağlı Azərbaycandakı yaxınlarına heç bir məlumat vermir. Onun hansı istiqamətdə döyüşdüyü və hansı şəraitdə itkin düşdüyü hələlik məlum deyil.

Qeyd edək ki, son aylarda Rusiya–Ukrayna müharibəsində iştirak edən azərbaycanlıların həlak olması və ya itkin düşməsi ilə bağlı xəbərlərin sayı artmaqdadır.

Tarix
2026.01.25 / 13:21
Müəllif
Axar.az
Digər xəbərlər

Vəzifəsindən azad olunan polkovnik Əsədova yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla