Yuxarı

Novruzəli Orucovun oğlu keçmiş sevgilisini təhdid edir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Novruzəli Orucovun oğlu keçmiş sevgilisini təhdid edir - Video

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun keçmiş sevgilisini təhdid etdiyi iddia olunur.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı təhdid olunduğunu deyən Nərmin Xudaverdiyeva sosial media hesabında paylaşım edib.

N.Xudaverdiyeva bildirib ki, Rüstəm Orucov ona evlilik təklifi edib və bir ildən çox sevgili olublar:

"Lakin hər münasibətdə problem olduğu kimi, bizdə də bəzi məsələlər oldu, ayrıldıq. Oktyabrdan isə yeni münasibətə başladım. Bunu öyrənən Rüstəm Orucov məni təhdid etməyə başladı. O, bunu həzm etməyərək evimizə gəlib maşınıma ziyan vurub, məni təhqir edib. Haqqımda neqativ fikirlər səsləndirib. Bu günə qədər polisə şikayət etməmişəm. Dünən isə mənim adımdan feyk profil açaraq özünə ondan ötrü darıxdığımı yazıb və hazırda münasibətim olduğu insana göndərib. Təbii ki, burada məqsəd bizim münasibətimizi bitirmək olub. Artıq canımdan bezmişəm, yaşamaq istəmirəm. Keçmiş məmurun övladı olduğuna güvənib məni əzməyi düşünür".

Məlumata görə, qeyd olunan məsələylə bağlı Nərmin Xudaverdiyeva polisə müraciət edib. Müraciəti əsasında araşdırma aparılır.

Xatırladaq ki, Rüstəm Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general-mayor Novruzəli Orucovun oğludur. O, 2017-ci ildə xuliqanlıq və avtoxuliqanlıq ittihamları ilə həbs edilmişdi.

Tarix
2026.01.26 / 15:38
Müəllif
Axar.az
Digər xəbərlər

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla