Yuxarı

Ən yüksək maaşlı vakansiyalar bu sahədədir...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən yüksək maaşlı vakansiyalar bu sahədədir...

Son iki gündə əmək bazarında ən çox xidmət və satış sahələri üzrə vakansiyalar üstünlük təşkil edib.

Axar.az Yeniavaz.com-a istinadən xəbər verir ki, ölkənin ən aparıcı iş elanı saytlarında 27 və 28 yanvar tarixlərində yerləşdirilən vakansiyalar arasında ən aşağı maaş təklifi əsasən xidmət və yardımçı sahələrə aiddir.

Belə ki, xadimə, ofisiant, kassir, katibə, kamera nəzarətçisi, dezinfektor və tibb bacısı kimi vakansiyalarda əmək haqqı 300–500 manat arasında dəyişir.

Aşağı maaşlı işlər sırasında mühafizəçi, fəhlə, köməkçi fəhlə, anbar işçisi və piyada kuryer vakansiyaları da yer alır. Bu sahələrdə təklif edilən əmək haqqı əsasən 500–700 manat təşkil edir.

Orta maaşlı vakansiyalar sırasında mühasib, elektrik, mexanik, texniki servis işçisi, anbardar, aşpaz və kompüter ustası kimi peşələr üstünlük təşkil edir. Bu sahələrdə maaşlar əsasən 700–1100 manat aralığında təklif olunur.

Satış və marketinq sahəsində isə maaşların nisbətən yüksək olduğu görünür. Satış təmsilçisi, tibbi nümayəndə, optik tibbi nümayəndə və korporativ satış meneceri vakansiyalarında əməkhaqqı 1000–1500 manat arasında dəyişir. Alış meneceri və logistika üzrə əməliyyat meneceri vakansiyalarında isə maaş 1200 manata qədər yüksəlir.

Əmək bazarında ən yüksək maaş təklif edilən vakansiyalar səhiyyə və idarəetmə sahəsində qeydə alınıb. Maliyyə direktoru vakansiyasında maaş 2000–2500 manat, stomatoloq-terapevt vakansiyasında 1000–1500 manat, stomatoloq-cərrah vakansiyasında isə 4000–10000 manat aralığında maaş təklif olunur.

Tarix
2026.01.29 / 19:08
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla