Yuxarı

MŞ-dan çağırış: Açıq söyüşlər, əxlaqsız davranışlar...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MŞ-dan çağırış: Açıq söyüşlər, əxlaqsız davranışlar...

Son dövrlər sosial şəbəkələrdə, xüsusilə Tiktok və Yutub platformalarında aparılan canlı yayımlar və paylaşımlar zamanı açıq söyüşlərə, təhqirlərə, əxlaqsız davranışlara və nifrət nitqinə geniş şəkildə rast gəlinir.

Axar.az xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb.

Qeyd edilib ki, bu cür hallar cəmiyyətdə aqressiyanın artmasına, eyni zamanda, milli-mənəvi dəyərlərə ciddi zərər vurur.

Məlumatda vurğulanıb ki, xüsusilə xaricdə yaşayan bəzi blogerlər, tiktokerlər və əxlaqsız davranışları təbliğ edən ayrı-ayrı şəxslər sosial şəbəkələrdə canlı yayımlar vasitəsilə insanları açıq şəkildə təhqir edir, alçaldır və qarşıdurma mühiti yaradırlar.

"Belə davranışlar nə etik normalara, nə də ifadə azadlığının mahiyyətinə uyğundur. İfadə azadlığı heç bir halda təhqirə, söyüşə, nifrət nitqinə, yalan məlumat yayımına və ictimai manipulyasiyaya haqq qazandıran təbiətə malik ola bilməz. Sosial media informasiya məkanının ayrılmaz hissəsidir və burada yayılan hər bir məlumat həm ictimai, həm də hüquqi məsuliyyət yaradır. Mətbuat Şurasının Sosial Media İstifadəçiləri ilə Əlaqələr Komissiyası sosial şəbəkələrdə fəaliyyət göstərən bütün blogerləri, tiktokerləri, ümumən sosial media istifadəçilərini qanunvericiliyə, etik normalara və ictimai məsuliyyət prinsiplərinə uyğun davranmağa çağırır", - deyə məlumatda bildirilib.

Tarix
2026.02.03 / 12:28
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla