Yuxarı

Anar Əliyev Anna Bordonu qəbul etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anar Əliyev Anna Bordonu qəbul etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Axar.az xəbər verir ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev son illər ölkəmizdə aparılan sosial islahatların uğurlarını diqqətə çatdırıb.

Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında son 7 ildə icra olunan 5 sosial islahat paketi nəticəsində sosial ödənişlərdə, o cümlədən pensiyalarda baş verən ciddi artımlar qeyd edilib.

Dövlətimizin başçısının yeni Sərəncamı ilə pensiyaların bu ilin əvvəlindən indeksləşdirilərək daha 9,3 faiz artırıldığı, pensiya təminatı sistemində humanist yanaşmaların tətbiqi istiqamətində atılan addımlardan bəhs olunub. Sosial təminat sahəsi üzrə son illər yaradılan rəqəmsal xidmətlər, proaktiv təyinat mexanizmləri diqqətə çatdırılıb.

Ölkəmizin əmək bazarındakı inkişaf meyilləri, əmək müqavilələrinin sayında ildən-ilə davam edən artım dinamikası, icra olunan aktiv məşğulluq proqramları, peşə və kvalifikasiya standartlarının hazırlanaraq təsdiqlənməsi işləri barədə məlumat verilib. Əmək qanunvericiliyindəki son yeniliklər, qadınların məşğulluq imkanlarının artırılması üçün atılan addımlar, gənclərin məşğulluğuna yönəlmiş layihələr qeyd olunub.

Missiya ilə görüşdə ölkəmizdə pensiya təminatı sahəsində islahatlara və əmək bazarındakı son yenliklərə dair fikir mübadiləsi aparılıb.

Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayevin iştirakı ilə keçirilən görüşdə Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti tərəfindən Azərbaycanın əmək bazarının təhlilinə dair təqdimat edilib.

Tarix
2026.02.10 / 15:44
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

İlham Əliyev Pakistan baş nazirinə də başsağlığı verdi

İlham Əliyev Szinpinə başsağlığı verdi

Putin İlham Əliyevi təbrik etdi

May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram

Ərdoğan İlham Əliyevi təbrik etdi

Konsulun cənazəsi Azərbaycana gətirildi

Diplomatın nəşinin Azərbaycana göndərilməsi üçün... - İran

Ceyhun Bayramov Nyu Yorka getdi

İlham Əliyev İordaniya Kralını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla