Yuxarı

Nazirlər Kabineti “Sovetski”yə görə toplanır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının "Sovetski" məhəlləsindəki söküntü ilə bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında qaldırılıb.

"Axar.az"-ın APA-ya istinadən verdiyi məlumata görə, iclasda çıxış edən deputat İqbal Ağazadə bildirib ki, sakinlərə verilən kompensasiya onların yeni mənzillə təmin olunmalarına imkan vermir.

Deputat qeyd edib ki, kompensasiyaların miqdarına yenidən baxılmalıdır: "Heç olmasa evlərinin kvadratmetri az olanlara ev verilsin. Bu insanları dədə-baba evlərindən çıxararaq az miqdarda pul verməklə narazı kütlə yaratmağın nə anlamı var? Mən təklif edirəm ki, bu məsələ ilə bağlı parlament olaraq Nazirlər Kabinetinə müraciət edək, buna yenidən baxılsın".

Deputata cavab verən spiker Oqtay Əsədov bildirib ki, bir-iki günə Nazirlər Kabinetinin bununla bağlı xüsusi iclası olacaq və parlamentə nəticəsi bildiriləcək: "Heç kim oradan məcburi köçürülməyəcək. Biz Nazirlər Kabinetinin həmən iclasının nəticəsini gözləyirik. Lazım gələrsə, əlbəttə ki, parlament olaraq biz də bu barədə sözümüzü deyəcəyik".

Tarix
2014.03.04 / 12:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla