Yuxarı

Bu il imtahan asan, yoxsa çətin olacaq? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu il imtahan asan, yoxsa çətin olacaq? - Ekspert

Buraxılış imtahanlarının çətinlik səviyyəsi ötən illə müqayisədə demək olar ki, eynidir. Yəni “bu il çətin, növbəti il asan olsun” prinsipi tətbiq edilmir. İmtahanın asan və ya çətin olması daha çox abituriyentlərin hazırlıq səviyyəsindən asılıdır. Hesab edirəm ki, bu ilin məzunları əvvəlki illərlə müqayisədə daha hazırlıqlıdır. Çünki 2019-cu ildən etibarən tətbiq olunan yeni model üzrə imtahanlarda və sınaqlarda iştirak ediblər və sual tiplərinə bələddirlər. Bu səbəbdən də yüksək bal toplayan abituriyentlərin sayında müəyyən artım ola bilər.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi buraxılış imtahanlarının çətinlik səviyyəsi və bu il gözlənilən nəticələr barədə danışarkən deyib.

“Gələn il qəbul imtahanının xarici dil blokunda nəzərdə tutulan dəyişikliklər ümumi nəticələrə təsir göstərə bilər. Bu baxımdan cari il abituriyentləri üçün mövcud model daha tanış və proqnozlaşdırıla bilən hesab olunur”, - o bildirib.

Qeyd edək ki, 11-ci sinif üzrə buraxılış imtahanı 9 və 15 mart tarixlərində keçiriləcək. Əvvəlki illərin məzunları üçün buraxılış imtahanı 19 aprel tarixində təşkil olunacaq.

Tarix
2026.02.20 / 14:20
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Onlar Azərbaycana yalvarırlar! – Vuçiç

44 günlük savaşda “əlaqələrimi” işə salmağa çalışdım...

Şövkət Mirziyayev də Azərbaycana gəldi

İlham Əliyev Serbiyanın böyük dostudur - Vuçiç

Sadır Japarov Azərbaycana gəldi

İlham Əliyev Bolqarıstan prezidenti ilə görüşdü

Budeyvi də ölkəmizə səfərə gəldi

Ticarət dövriyyəmiz indikindən 5 dəfə çox olmalıdır - Vuçiç

İlham Əliyev Aleksandr Vuçiçlə görüşdü

Mavriki prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla