Yuxarı

Abel Məhərrəmov tələbələrin aksiyasından danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abel Məhərrəmov tələbələrin aksiyasından danışdı

Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov tələbələrin aksiyasından sonra bu təhsil müəssisəsindəki son duruma aydınlıq gətirib.

A.Məhərrəmov jurnalistlərə bildirib ki, artıq universitetdə bu işlər tənzimlənib, imtanların keçirilməsi normal qaydada davam edir: "Universitetimizdə təhsil prosesi davam edir. Yəni, tələbələr və müəllimlər öz işləri ilə məşğuldurlar. BDU-da bu hadisələrin baş verməsində də müəyyən dairələr maraqlı idi. Hadisələrin analizi göstərir ki, universitetin cəmi yeddi tələbəsi baş verən hadisələrdə iştirak edib. Digərləri isə 20-30 nəfərlik bir dalğa idi. Orada olanlar isə ya tələbə deyildi, ya da universitetlə heç bir bağlılığı yox idi. Bu işi törədənlərin 95 faizi universitetlə heç bir əlaqəsi olmayan azsaylı qrup idi" (Trend).

A.Məhərrəmov deyib ki, müəyyən qruplar sosial şəbəkədə bir-biriləri ilə əlaqə saxlayaraq belə hadisəni törədiblər. Onlar bunu sonradan siyasi müstəviyə keçirməyə çalışıblar: "BDU hər zaman ideoloji mərkəz olub, siyasi fənlər üzrə tədris aparılır. Ona görə də bəzi maraqlı qüvvələr çalışırdılar ki, universitetin tələbələrini ələ alsınlar".

Qeyd edək ki, Nazirlər Kabinetinin "Ali məktəblərin bakalavriat və magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili qaydaları" və təhsil nazirinin həmin qərarların icrası ilə bağlı verdiyi əmrlərin icrasına etiraz edən bir qrup tələbə ötən ay BDU-nun həyətində aksiya keçirmişdi.

Tarix
2014.03.05 / 15:13
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp və Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

Ağdam erməni vandalizminin şahididir...

İlham Əliyev bu ölkəyə səfərə hazırlaşır

Azərbaycan Cənubi Qafqazda əsas logistika habıdır - Əliyev

İlham Əliyev Vyetnamın VNA agentliyinə müsahibə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla