Yuxarı

Metropolitendə struktur dəyişikliyi olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metropolitendə struktur dəyişikliyi olacaq

"Bu, sadəcə olaraq jurnalistlərin öz təxəyyüllərinin məhsuludur".

Bu sözləri "Axar.az"a açıqlamasında Bakı Metropolitenində jurnalistlərə tədbiq olunan qadağayla əlaqədar yayılmış informasiyaya cavab olaraq qurumun Mətbuat Xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva deyib.

O, metroda jurnalistlər üçün heç bir qadağanın olmayacağını bildirib: "Bu informasiya heç bir həqiqəti əks etdirmir. O jurnalistlər başqa mövzuyla əlaqədar gəlmişdilər. Mənimlə isə heç görüşməmişdilər. Yazdıqlarının hər biri isə təxəyyül məhsuludur. Başqa heç bir şey. Axı necə ola bilər ki, yeni təyinatdan sonra belə qadağa tədbiq olunsun! Bu, sadəcə gülüncdür. Bizim mətbuatla əlaqələrimiz daha da genişlənəcək".

Mətbuat katibi həmçinin Metropolitendə struktur və kadr dəyişikliyinin olacağını da qeyd edib: "Metropolitenin strukturunda dəyişikliklər gözlənilir, əlbəttə ki, kadr dəyişikliyi də. Kimin gedib, kimin qalacağı ilə bağlı isə indidən bir söz deyə bilmərəm".

Qeyd edək ki, bu gün mediada Bakı Metropoliteninin yeni rəisi Zaur Hüseynovun jurnalistlərə informasiyanın verilməsi ilə bağlı qadağalar tədbiq etməsi ilə bağlı xəbər yayılıb.

Tarix
2014.03.05 / 16:26
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla