Yuxarı

Yağışa görə onlara 4 milyonluq ziyan dəydi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yağışa görə onlara 4 milyonluq ziyan dəydi

27-30 mart tarixlərində ölkə ərazisində qeydə alınan normadan artıq yağışlar Bakı da daxil olmaqla respublika ərazisində daşınar və daşınmaz əmlaklara ziyan vurub.

Axar.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilib.

Qeyd olunub ki, 1 aprel tarixinə olan hesablamalara görə, 27-30 mart 2026-cı il tarixlərdə baş vermiş sığorta hadisələri ilə bağlı 8 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 1649 sığortalı müraciəti daxil olub:

“Bu müraciətlərin 1261-i icbari avtosığorta (Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası), 136-sı “Kasko” (“Avtonəqliyyat vasitələrinin sığortası”) sığorta növü, 190-ı “Daşınmaz əmlakın icbari sığortası” növü, 63-ü isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.

Daxil olmuş müraciətlər üzrə hadisələrin 77%-i paytaxt Bakıda, 23%-i isə respublikamızın digər bölgələrində (xüsusilə Şimal bölgəsində) qeydə alınıb”.

“Məlumatlara görə, qiymətləndirilmiş 1421 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 2 milyon 472 min 480 manat həcmində müəyyənləşdirilib. Qalan 228 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir. Bundan əlavə, 15 zərərçəkənin sığortası olmadığı üçün onların müraciətləri təmin olunmayıb”, - məlumatda vurğulanıb.

Qeyd edilib ki, hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta tənzimlənməsinin həyata keçirilməsi nəzərdə tutulur:

"Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 4 milyon manata yaxın olacağı ehtimal edilir".

Tarix
2026.04.01 / 13:24
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla