Yuxarı

“Azərsun Holdinq” gənclərə dəstəyini davam etdirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərsun Holdinq” gənclərə dəstəyini davam etdirir

“Azərsun Holdinq”in həyata keçirdiyi “Azərsun ilə Karyera Bələdçisi” adlı layihə çərçivəsində tələbələrlə görüşlər başlayıb.

Axar.az xəbər verir ki, layihənin əsas məqsədi ölkənin aparıcı ali təhsil müəssisələrindəki tələbələrə karyera imkanları təqdim etmək və onların peşəkar inkişafına töhfə verməkdir.

Tədbirlər çərçivəsində iştirakçılara şirkətlər qrupu haqqında ətraflı məlumat təqdim edilir. Eyni zamanda, şirkət daxilində həyata keçirilən təcrübə proqramları, iş imkanları və karyera inkişaf perspektivləri barədə geniş təqdimatlar keçirilir.

Bununla yanaşı, tələbələr üçün praktiki təlimlər də təşkil olunur. Bu təlimlərdə iştirakçılar müsahibə mərhələləri, işə müraciət qaydaları və əmək bazarında tələb olunan əsas səriştələr barədə bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə edirlər.

Qeyd edək ki, layihə artıq Bakı Mühəndislik Universiteti və Azərbaycan Texniki Universitetində uğurla həyata keçirilib. Növbəti mərhələdə isə Qarabağ Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Aqrar Universitetində keçirilməsi planlaşdırılır.

“Azərsun Holdinq” gənclərin peşəkar inkişafına dəstək olan bu kimi təşəbbüsləri gələcəkdə də davam etdirməyi nəzərdə tutur.

Tarix
2026.04.03 / 14:42
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla