Yuxarı

WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır

17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə müəyyən edilmiş marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək.

Axar.az xəbər verir ki, bununla əlaqədar, WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə həyata keçiriləcək monitorinq çərçivəsində aprelin 11-dən 12-nə keçən gecə Bakı şəhərinin bir sıra küçə və prospektlərində hərəkətin müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulur.

Monitorinq Bakı Kristal Zalı, “Fairmont Baku Flame Towers”, “Four Seasons Hotel Baku”, “JW Marriott Absheron Baku”, “The Ritz-Carlton”, Heydər Əliyev Beynəlxalq Aeroportu və tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

Məhdudiyyətlərin tətbiq olunacağı dəqiq ərazilər və digər məlumatlar növbəti mərhələdə ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, WUF13 öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi son on il ərzində Azərbaycanda keçirilən bir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunub və uğurla həyata keçirilib.

Tarix
2026.04.06 / 10:30
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlərin təkbətək görüşü başladı

Prezident Tiflisdə belə qarşılandı - Foto

Prezident Tiflisdə Heydər Əliyevin abidəsini ziyarət etdi

Prezident Tiflisdə Qəhrəmanlar Memorialını ziyarət etdi

Prezident və xanımı Gürcüstana getdi

Bakıdan Kremlə Qarabağ xatırlatması: Heç bir ölkə...

Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla