Yuxarı

Kişilərin maaşı niyə qadınlardan yüksəkdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kişilərin maaşı niyə qadınlardan yüksəkdir?

Bərabər dəyərli iş prinsipi əsasən diskriminasiyanın aradan qaldırılmasına xidmət edir. Eyni vəzifədə çalışan, eyni bacarıq və kvalifikasiyaya malik şəxslərə fərqli əmək haqqı tətbiq edilməməlidir. Bu yanaşma əmək bazarında ədalətin və şəffaflığın təmin olunmasına kömək edir. Əmək haqqı müəyyən edilərkən işçinin təhsili, təcrübəsi, məsuliyyət dərəcəsi, işin çətinliyi və iş şəraiti kimi amillər nəzərə alınır. Burada əsas prinsip ondan ibarətdir ki, cins, yaş və digər fərqləndirici xüsusiyyətlər rol oynamamalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, praktikada bu proses adətən şirkətlərin insan resursları şöbələri tərəfindən həyata keçirilir və vəzifələr üzrə xüsusi qiymətləndirmə sistemləri qurulur:

“Bəzi hallarda bu prinsipin tətbiqi işəgötürənlər üçün əlavə xərclər yarada bilər. Lakin bu, geniş yayılmış ciddi problem hesab olunmur. Əksinə, uzunmüddətli perspektivdə sosial ədaləti artırır və əmək bazarında daha sağlam mühit formalaşdırır.

Statistik olaraq bəzi hallarda kişilərin əmək haqqı qadınlardan yüksək olur, lakin bu, hər zaman birbaşa diskriminasiya ilə bağlı deyil. Bu fərqlərin əsas səbəblərindən biri əmək bazarının strukturudur. Qadınlar daha çox təhsil, səhiyyə və sosial xidmətlər kimi nisbətən aşağı maaşlı sahələrdə çalışırlar. Həmin sahələrdə isə kişi və qadınlar arasında əmək haqqı fərqi adətən olmur.

Qadınların karyerasında yaranan fasilələr də ümumi gəlir səviyyəsinə təsir göstərə bilər. Nəticə etibarilə əmək haqqı fərqləri daha çox işin xüsusiyyətləri, təcrübə, məsuliyyət və sosial faktorlarla bağlıdır”.

Tarix
2026.04.07 / 14:30
Müəllif
Maral Şahverdili
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla