Yuxarı

Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi

Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) 2026-cı ili "Aşıq Hüseyn Saraçlı ili" elan edib.

Axar.az xəbər verir ki, bu barədə Report-a GAK-ın sədri Hüseyn Yusubov bildirib.

Onun sözlərinə görə, bu qərar böyük sənətkar Aşıq Hüseyn Saraçlının zəngin yaradıcılığının daha geniş təbliği və onun irsinin yaşadılması məqsədi daşıyır.

H.Yusubov qeyd edib ki, bu münasibətlə cari il ərzində Gürcüstanın müxtəlif bölgələrində silsilə tədbirlər təşkil olunacaq:

"Bizim əsas məqsədimiz Aşıq Hüseyn Saraçlının yaradıcılığını gənc nəslə tanıtmaq, aşıq sənətinə marağı artırmaq və bu dəyərli mədəni irsi qoruyub gələcək nəsillərə ötürməkdir".

Sədr əlavə edib ki, keçiriləcək tədbirlər çərçivəsində konsert proqramları, ədəbi-bədii gecələr, elmi konfranslar və xatirə mərasimlərinin təşkili planlaşdırılır.

Qeyd edək ki, Aşıq Hüseyn Saraçlı Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biridir və onun yaradıcılığı regionun folklor ənənələrinin inkişafında mühüm rol oynayıb.

Tarix
2026.04.10 / 21:12
Müəllif
Axar.az
Digər xəbərlər

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla