Yuxarı

Binada partlayış: Usta 15-ci mərtəbədən yıxılıb öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Binada partlayış: Usta 15-ci mərtəbədən yıxılıb öldü

15:35

Bakının Nəsimi rayonu ərazisində bədbəxt hadisə baş verib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə aprelin 14-də rayonun 20 Yanvar küçəsində yerləşən yaşayış binasında qeydə alınıb. Həmin binanın mənzillərindən birinin eyvanında usta tərəfindən aparılan iş zamanı partlayış olub.

Məlumata görə, 34 yaşlı Ömər Məhərrəmli kondisionerin mühərrikinə qaz doldurarkən partlayış baş verib. Nəticədə o, 15-ci mərtəbədən yıxılaraq hadisə yerində ölüb.

Hadisə zamanı eyvanda olan digər şəxs isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Bu gün saat 14:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisindən çağırış qeydə alınıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:

"Təcili tibbi yardım briqadası tərəfindən 34 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində daha iki nəfərə - 40 yaşlı (kişi) və 29 yaşlı (qadın) şəxsə - yerində tibbi yardım göstərilib".

Tarix
2026.04.14 / 16:35
Müəllif
Axar.az
Digər xəbərlər

Taleb bir cinayətkarı niyə müdafiə edir?

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

İranlı professor: Azərbaycanı hədələmək əvəzinə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla