Yuxarı

Bakının mərkəzində qeyri-adi işarə... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının mərkəzində qeyri-adi işarə... - Foto

Son günlər Bakının mərkəzi küçələrində peyda olan qeyri-adi işarə maraq doğurub.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, xüsusilə müxtəlif obyektlərin qarşısında görünən bu element sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib.

Sözügedən işarə bərbərxana simvolu, yəni beynəlxalq dildə “barber pole” adlanır.

Bəziləri üçün sadəcə dekorativ element kimi görünən bu işarə əslində yüzilliklərə söykənən bir tarixə malikdir. Qədim dövrlərdə bərbərlər yalnız saç kəsməklə kifayətlənmirdilər. Onlar eyni zamanda kiçik cərrahi prosedurlar, diş çəkimi və hətta qanalma (hacamat) kimi tibbi xidmətlər də göstərirdilər.

Məhz buna görə də bu simvolun rəngləri təsadüfi deyil:

Qırmızı – qanı,

Ağ – sarğı bezlərini,

Mavi – damarları təmsil edir.

Adətən elektriklə işləyən bu qurğuların daxilində fırlanan silindr və xüsusi işıqlandırma sistemi olur. Bu isə uzaqdan belə diqqət çəkməyə və bərbərxananın açıq olduğunu göstərməyə kömək edir.

Qlobal miqyasda bu simvol kişi bərbərxanalarının ən tanınan nişanlarından biri hesab olunur. Paytaxt Bakıda isə son günlərdə populyarlaşmağa başlayıb.

Tarix
2026.04.18 / 10:19
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla