Yuxarı

“AtaSığorta” ləğv edilir: Portfeli bu şirkətə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“AtaSığorta” ləğv edilir: Portfeli bu şirkətə verildi

“AtaSığorta” sığorta şirkətinin sığorta portfeli "Atəşgah Sığorta" şirkətinə ötürülüb.

Axar.az APA-ya istinadla xəbər verir ki, "AtaSığorta" ilə vətəndaşlar arasında bağlanmış sığorta müqavilələri aprel ayının 10-dan etibarən Atəşgah Sığorta Şirkəti ASC-yə ötürülüb.

Yəni indiyədək əmlakı və ya məsuliyyəti "AtaSığorta"da sığortalanan vətəndaş hər hansı bir sığorta hadisəsi ilə üzləşərsə və ya hər hansı bir müraciəti olarsa bununla bağlı artıq "Atəşgah" sığorta şirkətinə müraciət etməli olacaq.

Qeyd edilib ki, bu qayda “Sığorta fəaliyyəti haqqında” qanunun 72-ci maddəsi ilə tənzimlənir.

Xatırladaq ki, ötən ilin sonuna "AtaSığorta" şirkətinin yığım portfelinin həcmi 10 milyon 31 min manat olub. Yanvar ayının 6-da isə Mərkəzi Bank sığorta şirkətinin sığorta satışlarını məhdudlaşdırıb və ASC-yə müvəqqəti inzibatçı təyin etmişdi. Sığorta şirkətinin öhdəliklər üzrə portfelinin digər sığorta şirkətinə ötürülməsi o deməkdir ki, AMB qısa zamanda sığorta şirkətinin lizensiyası da ləğv edəcək.

Tarix
2026.04.20 / 10:21
Müəllif
Axar.az
Digər xəbərlər

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla