Yuxarı

Kapital Bank bu qədər hesabı blokladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kapital Bank bu qədər hesabı blokladı

Kapital Bank 2025-ci ildə müştərilərdən 7 milyon 22 min 165 manat vəsaitin oğurlanmasının qarşısını alıb.

Axar.az xəbər verir ki, bunu Kapital bankın baş risk inzibatçısı Ağarza Baxşiyev bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, 2025-ci il ərzində bank müştərilərinin 1 milyon 2 min 873 kart əməliyyatı və 31 min 353 kart hesabı fırıldaqçılıq əməliyyatı ehtimalı olduğu üçün bank tərəfindən bloklanıb:

“Nəticədə vətəndaşlardan 7 milyon 22 min 165 manatın oğurlanması ehtimalının qarşısı alınıb.

2024-cü illə müqayisədə ötən il rəqəmsal fırıldaqçılıq üzrə hücum cəhdlərinin sayı da artıb. Xüsusilə, sosial mühəndislik üsulları vasitəsilə müştərilərin manipulyasiya edilməsi və vəsaitlərin mənimsənilməsinə yönələn cəhdlər daha intensiv xarakter alıb.

Digər tərəfdən, Kapital Bank adından saxta reklam, elan, lotereya xarakterli kampaniya həyata keçirdiyini iddia edən 1000-dən çox veb-sayt və sosial media səhifəsi də bloklanıb”.

A.Baxşiyev əlavə edib ki, 2025-ci ildə 40 000-dən çox istifadəçinin cihazında Birbank tətbiqinin fəaliyyətinə mane olan virus aşkarlanıb:

“Virusa yoluxan cihazlarda bank tətbiqi bloklanıb. Bununla da minlərlə vətəndaşın potensial dələduzluq riski ilə üzləşməsinin qarşısı alınıb”.

Tarix
2026.04.22 / 12:18
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla