Yuxarı

Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək

Azərbaycanda maliyyə icarəsi fəaliyyəti ilə yalnız hüquqi şəxslər məşğul ola biləcəklər.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev "Maliyyə icarəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, layihədə maliyyə icarəsi verənlərin AMB vasitəsilə prudensial tənzimlənməsi və nəzarətlə bağlı çərçivə təklif edilib:

"Maliyyə icarəsi xidməti göstərən hüquqi şəxslər AMB-nin yaradacağı reyestrə daxil ediləcəklər. Qanun qəbul edildikdən sonra adında "maliyyə icarəsi", "maliyyə lizinqi", "lizinq" sözləri olan təşkilatların qeyri-qanuni bu adlardan istifadəsi istisna ediləcək (tənzimlənəcək). ​Həmçinin məlumatların ən azı bir kredit bürosuna təqdim edilməsi tələbi təsbit olunub. Bu, maliyyə bazarında informasiya asimmetriyasını aradan qaldırmağa, borc yükünün düzgün müəyyənləşdirilməsinə və kredit əlçatanlığının yaxşılaşdırılmasına xidmət edəcək.​ İcarəyəverənin mühasibat uçotu aparması və maliyyə hesabatlarını tərtib etməsi "Mühasibat uçotu haqqında" qanunla tənzimlənəcək. İllik maliyyə hesabatları auditor rəyi ilə birlikdə AMB-yə təqdim edilməlidir".

Tarix
2026.04.22 / 16:27
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla