Yuxarı

İtaliyada gənc futbolçu pizzaya görə öldürüldü - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtaliyada gənc futbolçu pizzaya görə öldürüldü - Foto

İtaliyada gənc futbolçu Qabriel Vakkaro pizzaya görə yaranan mübahisədən sonra qətlə yetirilib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Paviya şəhərində baş verib. 25 yaşlı futbolçu iki dostu ilə birlikdə maşına doğru gedərkən beş nəfər onlara hücum edib.

İdmançıya hücum edən 17 yaşlı şəxs vintaçan ilə onu boynundan və qarnından vurub. Dostları yaralı futbolçunu evinə aparıblar, onun xəsarətlərinin nə dərəcədə ciddi olduğunu dərhal anlamayıblar.

Sonradan Vakkaro xəstəxanaya çatdırılıb, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Ölən idmançının dostlarından biri də qarın nahiyəsindən xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti stabildir.

İstintaqın versiyasına görə, münaqişə hücum edən gənclərin futbolçudan əlindəki pizza qutularını onlara verməsini tələb etmələrindən sonra başlayıb.

Faktla bağlı üç şübhəli saxlanılıb, araşdırma davam etdirilir.

Tarix
2026.04.24 / 10:28
Müəllif
Axar.az
Digər xəbərlər

32 nəfər Almaniyadan Azərbaycana gətirildi

İmaməli Rəhman Azərbaycana gəldi

Bakı ilə Aktau və Kurık limanları arasında əməkdaşlıq...

Şövkət Mirziyayev də Bakıya gəldi

Qırğızıstan prezidenti Azərbaycana gəldi

İranın haker qrupu Azərbaycana hücumu etiraf etdi

Tokayev Azərbaycana gəldi - Foto

AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

Azərbaycan regionda əsas tərəfdaşımızdır - Hersoq

Lavrov Bakıya gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla