Yuxarı

Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video

11:45

Ağdaş rayonu, Məhəmməd Füzuli küçəsində küçə işıqlandırma sistemləri nasaz vəziyyətdədir.

Bu barədə Axar.az-a rayon sakinlərindən məlumat verilib.

Onların sözlərinə görə, sözügedən ərazidə işıq dirəklərinin bir qismində lampalar ümumiyyətlə yanmır, bu isə axşam saatlarında hərəkəti çətinləşdirir və təhlükəsizliklə bağlı narahatlıq yaradır.

Ağdaş Rayon İcra hakimiyyətindən saytımıza bildirilib ki, küçələrə texniki baxış keçirilərkən 11 küçədə işıqlandırılmanın yenilənməsinə ehtiyac olduğu üzə çıxıb:

“2025-ci il ərzində həyata keçirilən dövlət layihəsi çərçivəsində Ağdaş şəhərinin 132 küçəsində müasir standartlara cavab verən işıqlandırma sistemləri quraşdırılıb və ərazilər işıqlandırılıb. Ümumilikdə bütün rayonun elektrik təsərrüfatının yenidən qurulması və müasirləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Həmin işlərin icrası tərtib olunmuş qrafikə əsasən nəzarətdə saxlanılır və qısa müddətdə tamamlanması nəzərdə tutulur. Sözügedən Məhəmməd Füzuli küçəsi də hazırda bərpa işləri aparılan küçələrdən biridir. Küçənin işıqlandırılmasında yaranan problem yeraltı kabellərdəki nasazlıqla bağlıdır. Hazırda aidiyyəti texniki heyət tərəfindən nasazlığın dəqiq yerinin müəyyən edilməsi istiqamətində axtarış işləri aparılır. Nasazlıq aşkar olunan kimi dərhal təmir-bərpa işlərinə başlanılacaq və küçənin normal işıqlandırma rejimi təmin ediləcəkdir”.

Tarix
2026.04.24 / 15:51
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla