Yuxarı

Anar Bayramov dörd xəstəxanaya rəhbər təyin etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anar Bayramov dörd xəstəxanaya rəhbər təyin etdi

10:54

TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub.

Axar.az xəbər verir ki, bununla bağlı TƏBİB məlumat yayıb.

Tibb üzrə fəlsəfə doktoru, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının prorektoru Vəzirova Zəhra Şamil qızı Yeni Klinikaya direktor təyin edilib.

Z.Vəzirova 1998–2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-reanimotoloq kimi, 2005–2012-ci illərdə həmin tibb müəssisəsinin İntensiv terapiya və reanimasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

2012–2018-ci illərdə Milli Onkologiya Mərkəzində Reanimasiya, həmçinin Anesteziologiya və reanimasiya şöbəsinə rəhbərlik edib.

2019–2024-cü illərdə isə İ.M.Seçenov Universitetinin Tədris-Simulyasiya Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərib.

2023–2025-ci illər ərzində Azərbaycan Respublikasının Reanimotoloqlar və Anestezioloqlar Cəmiyyətinin (AzRAC) İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib. 2020-ci ildən Azərbaycan Tibbi Simulyasiya Tədrisi Assosiasiyasının İcraçı direktoru, 2024-cü ildən “Society in Europe for Simulation Applied to Medicine” (SESAM) təşkilatının üzvüdür. Z.Vəzirova 55-dən artıq elmi nəşrin müəllifidir.

Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Xəlilov Zaur Bəhmən oğlu Mərkəzi Neftçilər Xəstəxanasına direktor təyin edilib.

Z.Xəlilov 1997-1998-ci illərdə Akad. M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində internaturanı tamamladıqdan sonra, 1999-2002-ci illərdə cərrahiyyə ixtisası üzrə aspirantura təhsili alıb. 2002-ci ildən Mərkəzi Klinik Xəstəxanada ümumi cərrah olaraq başlayıb.

2010-2012-ci illərdə Ümumi cərrahiyyə şöbəsinin müdiri, 2012-ci ildən hazırkı təyinatınadək cərrahiyyə üzrə baş həkim müavini vəzifəsində çalışıb.

Zaur Xəlilov ölkəmizdə orqan transplantasiyası (qaraciyər, böyrək və s.) əməliyyatını icra edən azsaylı mütəxəssislərdən biridir. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2022-ci ildə “Əməkdar həkim” adı ilə təltif edilib.

Lətifov Hacı Məhəmmədoviç Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.

Təcrübəli cərrah Hacı Lətifov 1997-1998-ci illərdə 1 saylı şəhər klinik xəstəxanasında Ümumi cərrahiyyə şöbəsində internaturanı tamamladıqdan sonra, 1998-2019-cu illərdə həmin xəstəxanasının Cərrahiyyə şöbəsində ümumi cərrah kimi fəaliyyət göstərib.

2019-2023-cü illərdə "Medistyle Hospital"da ümumi cərrah, 2023-2025-ci illərdə isə Yeni Klinikada ümumi cərrah olaraq fəaliyyət göstərib. 13.01.2025-ci il tarixindən hazırkı təyinatınadək Zaqatala Rayon Mərkəzi Xəstəxanasında direktorun cərrahi xidmətlər üzrə müavini vəzifəsində çalışıb.

H.Lətifov 2007-ci ildə Rusiyada “Diaqnostika laparoskopiya, Operativ laparoskopiya” üzrə ixtisasartırma akademiyasını, 2008 və 2009-cu illərdə Almaniyanın Humbolt Kliniki Mərkəzində keçirilən kursları, 2014-cü ildə Hindistanın “Galaxy Care” Laparoskopiya İnstitunda “Laparoskopiya və Laparoskopik Ginekoloji Onkologiya” kursunu tamamlayıb.

Əməkdar həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Abbasov Musa Qara oğlu Kliniki Tibbi Mərkəzə direktor təyin edilib.

M.Abbasov 1996-2003-cü illərdə Azərbaycan və Ukraynada bir sıra xəstəxanalarda həkim olaraq fəaliyyət göstərib. 2003-2014-cü illərdə Mərkəzi Klinik Xəstəxanada fəaliyyət göstərərək baş həkim, baş direktor və direktorlar şurasının üzvü kimi müxtəlif rəhbər vəzifələrdə çalışıb. Eyni zamanda Mərkəzi Klinikanın Gəncə diaqnostika və klinik xəstəxanalarında baş həkim, baş direktor vəzifələrində fəaliyyət göstərib.

2014–2020-ci illərdə Bona Dea Beynəlxalq Hospitalında baş direktorun müavini və baş həkim vəzifələrini icra edib.

2020-ci ildən hazırkı təyinatadək Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsində çalışıb. ABŞ, Almaniya, Belçika, Türkiyə kimi ölkələrdə xəstəxana idarəetmə sistemi (HIS) konfranslarının iştirakçısı olub.

Musa Abbasov 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Əməkdar həkim” adı ilə təltif edilib. O, I Qarabağ müharibəsinin iştirakçısı və müharibə veteranıdır. 2020-ci ildə Vətən müharibəsi zamanı rəhbərlik etdiyi tibbi heyətlə birlikdə yüzlərlə yaralı hərbçinin əməliyyat və müalicəsinin təşkilində mühüm rol oynayıb.

Tarix
2026.05.01 / 11:11
Müəllif
Axar.az
Digər xəbərlər

150-dən artıq diplomat Qarabağa getdi

Ukrayna müharibəsi ilə bağlı kədərli proqnoz açıqlandı

AP ilə bağlı bəyanat qəbul ediləcək: Komissiya yaradıldı

Milli Məclisin iclası başladı

AB səfiri XİN-ə çağırıldı: nota təqdim edildi

ABŞ 48 saatda 30 təyyarə göndərdi: Hücum başlayır

Azərbaycanda idman siyasəti bu strategiyaya əsaslanır

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Azərbaycandan sonra ən vacib səfərim... - Vuçiç

Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla