Yuxarı

Su “smartkart”ına ödəniş asanlaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Su “smartkart”ına ödəniş asanlaşdı

"Azərsu" ASC 2015-ci ilədək bütün ölkə boyu "smart kart" tipli su sayğaclarının quraşdırılmasını başa çatdıracaq.

Bunu "Axar.az"a açıqlamasında Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. Onun sözlərinə görə, təkcə bu il 128 min 900-ə yaxın yeni sayğac quraşdırılıb. Bunun böyük bir hissəsi paytaxtın payına düşür.

Qeyd edək ki, "smart kart" tipli su sayğaclarının qurulması prosesi ötən ildən başlanılıb və indiyədək 170 mindən artıq yeni tipli sayğac quraşdırılıb. Bunun 150 mindən çoxu Bakı sakinlərinə aiddir. Elə narazılıqların çoxu da onlardan gəldi.

Su sayğacına aid olan kartı yükləmək üçün sakinlərə rayon su idarələrinə getmək tələb olunurdu. Aylarla davam edən bu problem isə nəhayət həllini tapıb. Artıq "smartkart"lara paytaxtdakı metro çıxışlarında, supermarketlərdə və s. yerlərdə quraşdırılan 500-dən artıq "Milli Ödəmə Nöqtələri"ndə ödəniş həyata keçirmək mümkündür. Lakin hələlik bu, Bakıdakı bütün aparatlara aid deyil.

A.Cəbrayıllı yaxın vaxtlarda paytaxtın, eləcə də digər regionların bütün ödəmə nöqtələrinin bu prosesə qoşulacagını bildirdi.

Tarix
2013.11.06 / 01:39
Müəllif
Fərqanə VƏKİLOVA
Digər xəbərlər

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla