Yuxarı

ADSEA xidmətlərini genişləndirdi - Videoreportaj

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADSEA xidmətlərini genişləndirdi - Videoreportaj

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ASAN Xidmət, ASAN Kommunal mərkəzlərində və KOB evlərində vətəndaşlara 15 xidmət üzrə fəaliyyət göstərir. Mərkəzlərə 2026-ci ilin 4 ayı ərzində 60163 müraciət daxil olub. Onlardan 39117-si yerində, 12032-si araşdırıldıqdan sonra icra edilib.

ADSEA-dan Axar.az-a verilən məlumata görə, KOB evlərində göstərilən xidmətlərin əhatəsinin genişləndirilməsi məqsədilə xidmət sayı 5-dən 15-ə çatdırılıb, 12 xidmət elektronlaşdırılıb. Onların mərhələli şəkildə “mygov” platformasına inteqrasiyası həyata keçirilir. Hazırda platform üzərindən elektron müraciətlər qəbul olunur.

Vətəndaşlara göstərilən xidmətlərin siyahısına “Su təchizatı və tullantı sularının idarə olunması xidmətinin müvəqqəti dayandırılması və bərpasına dair müraciət” xidməti əlavə edilərək xidmətlərin sayı 15-ə çatdırılıb. Bu da öz növbəsində vətəndaşlara operativ xidmətin göstərilməsində mühüm rol oynayır.

İnklüziv xidmət mühiti də genişləndirilib. Məlumat kitabçaları və ərizə formaları sadələşdirilərək Brayl əlifbası ilə nəşr edilib.

Eşitmə və nitq məhdudiyyətli vətəndaşlara əlverişli xidmət mühitinin yaradılması üçün ADSEA əməkdaşları surdo təlimlərə cəlb edilib və jest dili üzrə kursu uğurla bitiriblər.

Eyni zamanda, xidmət keyfiyyətinin artırılması ilə bağlı əməkdaşlarımıza AZS İSO 10002:2022 müştəri məmnuniyyəti üzrə beynəlxalq standartlara əsaslanan təlimlər keçirilib. Bundan əlavə buklet və məlumat kitabçaları hazırlanaraq xidmət məntəqələrinə paylanılıb.

ASAN xidmətdə fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları arasında hər ayın fəal işçisi seçilir.

Ayın asançısı seçilən ADSEA-nın 1 saylı Asan Kommunal mərkəzində qrup rəhbəri Sevinc Ələkbərzadə qeyd edib ki, ayın asançısı olmaq üçün əsas meyarlar vətəndaşın müraciətinə uyğun olaraq düzgün yanaşmaq, problemi vaxtında dəqiq həll etmək və təşəbbüskarlıqdır:

“Mən müraciətləri diqqətlə dinləyib praktik həll yolu tapmağa çalışdığım üçün fərqlənmişəm. Gündəlik işimdə sadəcə qaydaları yerinə yetirməklə kifayətlənmirəm. Vətəndaşın problemini dərindən anlamağa çalışıram. Lazım olduqda əlavə addımlar ataraq prosesi daha sürətli və səmərəli icra etməyə səy göstərirəm. Bu uğur birdən-birə gəlmir. Hər gün işimə ciddi yanaşmağımın nəticəsidir. Yeni başlayanlara bu işdə səbrli olmağı, vətəndaşı diqqətlə dinləməyi və öz işinə məsuliyyətlə yanaşmağı tövsiyə edərdim. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları olaraq əsas prinsipimiz vətəndaş məmnuniyyətini şəffaf şəkildə təmin etməkdir”.

ASAN Xidmət, ASAN Kommunal və KOB evlərində həyata keçirilən xidmətlərin məqsədi əhali və qeyri-əhali istehlakçıları üzrə göstərilən kommunal xidmətlərin əlçatanlığını təmin etmək, xidmət keyfiyyətini artırmaq və müştəri məmnuniyyətini yüksəltməkdən ibarətdir.

Tarix
2026.05.19 / 12:53
Müəllif
Axar.az
Digər xəbərlər

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla