Yuxarı

Nazir müavini WUF13 çərçivəsində keçirilmiş tədbirdə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir müavini WUF13 çərçivəsində keçirilmiş tədbirdə...

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər” mövzusunda tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbir iqlimə dayanıqlı şəhərlər üçün erkən xəbərdarlıq sistemlərinin əhəmiyyətinin nümayiş etdirilməsi, təbiətə əsaslanan yanaşmaların və ekosistem yönümlü uyğunlaşmanın iqlim risklərinin azaldılmasındakı roluna dair müzakirələrin aparılması məqsədilə təşkil olunub.

Tədbirdə aidiyyəti yerli qurumların rəhbər vəzifəli şəxsləri və xarici nümayəndələr iştirak edib.

Fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov tədbirdə çıxış edib.

Nazir müavini qlobal iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizə tədbirlərinin Azərbaycanda əhali və ərazilərin fövqəladə hallardan qorunması istiqamətində həyata keçirilən fəaliyyətin ayrılmaz hissəsi kimi nəzərdən keçirildiyini bildirib. Bu baxımdan erkən xəbərdarlıq xüsusilə iqlimə dayanıqlı və təhlükəsiz şəhərlərin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Fövqəladə Hallar Nazirliyi genişmiqyaslı erkən xəbərdarlıq sistemlərinin formalaşdırılması ilə bağlı təşəbbüsləri dəstəkləyir və bu istiqamətdə səlahiyyətləri daxilində fəaliyyətini davam etdirir.

Nazir müavini qeyd edib ki, tikinti fəaliyyətinin hər bir mərhələsində, o cümlədən layihələndirmə zamanı tikinti işlərinin ətraf mühitə və ətraf mühit amillərinin şəhər infrastrukturuna təsiri daim izlənilir.

Tarix
2026.05.19 / 14:13
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla