Yuxarı

Dövlət Komitəsində AzQAC və IFRC əməkdaşları ilə görüş...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət Komitəsində AzQAC və IFRC əməkdaşları ilə görüş...

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş olub.

Axar.az xəbər verir ki, Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov qonaqları səmimiyyətlə salamlayaraq, onlara qurumun hazırkı fəaliyyət istiqamətləri haqqında məlumat verib. Qeyd edilib ki, Prezident İlham Əliyevin sosial siyasətində qaçqınlara və məcburi köçkünlərə dövlət qayğısı daim prioritet istiqamət olub. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da hər zaman onların problemlərinin həllinə xüsusi həssaslıq və diqqət göstərib. Dövlət başçısının rəhbərliyi ilə hazırda ölkəmizdə işğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən salınan yaşayış məntəqələrinə Böyük Qayıdış həyata keçirilir.

F.Hüseynov vaxtilə qaçqınlıq və məcburi köçlünlük probleminin həlli ilə bağlı məsələlərdə beynəlxalq təşkilatların Azərbaycana dəstək verdiyini xatırladaraq, IFRC ilə əməkdaşlığın da bu baxımdan əhəmiyyətli olduğunu bildirib. Komitə ilə AzQAC-nın qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq əlaqələrinin isə uğurla davam etdirildiyi vurğulanıb.

Son illərdə Dövlət Komitəsi ilə AzQAC arasında əməkdaşlıq çərçivəsində bir sıra mühüm layihələr və maarifləndirmə tədbirləri həyata keçirilib. Bu çərçivədə Bərdə, Füzuli və Sumqayıt şəhərlərində, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində və Ağdam rayonunda yerləşən Baharlı qəsəbəsində mina təhlükəsi ilə bağlı tədbirlər təşkil olunub. Bununla yanaşı, Dövlət Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində “Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış” mövzusunda məcburi köçkünlər üçün təlimlər keçirilib. “Qapı-qapı” və “Məktəb” formatında təşkil olunan sessiyalar zamanı vətəndaşlara mina təhlükəsi, xəbərdaredici nişanlar, təhlükəsiz davranış qaydaları və aidiyyəti dövlət qurumlarına müraciət mexanizmləri barədə ətraflı məlumat verilib. Təlimlərdə 20 mindən çox məcburi köçkün iştirak edib.

Görüşdə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, humanitar və inkişafyönümlü layihələrin icrası sahəsində mühüm nəticələrin əldə edildiyi qeyd olunub.

Qonaqlar göstərilən səmimi münasibətə görə minnətdarlıqlarını ifadə edərək, Dövlət Komitəsi ilə əməkdaşlığın uzunmüddətli və səmərəli xarakter daşıdığını bildiriblər. Həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri yüksək qiymətləndirilib, gələcəkdə də birgə fəaliyyətin davam etdirilməsinin önəmi vurğulanıb.

Tarix
2026.05.19 / 15:21
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya Şəhərlər Günü 2026-cı ildə Çində keçiriləcək

İlham Əliyev Tomaş Tarabanı qəbul etdi

Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı azalıb

Prezident Daramber Qoxul ilə görüşdü

Azərbaycanın 9-a yaxın şəhəri demək olar ki, tamamilə dağıdılıb

WUF13-ün məhz Azərbaycanda keçirilməsi bunu göstərir

WUF tarixində mühüm hadisə: Azərbaycanın təşəbbüsü ilə...

Bakı buna səmimi marağını nümayiş etdirir - Bayramov

Qarabağın bərpası qürur duyulacaq bir nümunədir

Prezident İqor Sergeyenkonu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla